Ofis işçiləri üçün: ağrıları azaltmağın 5 YOLU

Ofis işçiləri üçün: ağrıları azaltmağın 5 YOLU
23:47 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ofisdə masa arxasında əyləşib işləmək insanların öz əllərində olan və dəyişə bilməyəcəkləri bir haldır. Uzun zaman masa arxasında kompüterə baxan insanlarda isə bel və boyun ağrıları qaçılmazdır. Milli.Az lent.az-a istinadən bu ağrıları azaltmaq üçün 5 yol təklif edir.

Kompüter arxasında 10 saat davamlı işləmək insanlığın təbiətinə zidddir. Lakin müasir həyat insanı ev, ofis və maşına bağlayıb. İnsanlar artıq gündəlik həyatlarında, hətta yerimirlər belə. Nəticə olaraq bunun əvəzini də ödəyirlər. Ofis ağrıları da bu "əvəz"lərə başçılıq edir. İnsan hər gününü masa arxasında hərəkətsiz keçirirsə, idman aktivliyi yoxdursa, ofis ağrıları qalıcı olur.

Ofis ağrılarını azaltmağın 5 yolu

Tez-tez fasilə verin və hərəkət edin. Bədəninizin sərt hissələrinə istilik tətbiq edin. Düzgün oturuş qaydalarına riayət edin Bilək dəstəkli mous və klaviaturadan istifadə edin. Stress ağrılarına biganə yanaşmayın

Kompüter çarpaz olmamalıdır

Kompüter ekranı çarpaz olmamalıdır. İnsan yana çevrilərək işləmək məcburiyyətində qalmamalıdır. Ekran və klaviatura tam olaraq qarşınızda durmalıdır. Bundan başqa, kompüter ekranının 1/3 hissəsi göz xəttində olmalıdır. Yəni gözlər ekrana başı əyilərək yox, dik baxmalıdır. Oturacaqda da dik oturmalısınız. Dirsəklər və dizlər 90 dərəcədən daha artıq bükülməməlidir. Kompüter arxasındaykən əl biləkləri yuxarı doğru həddən çox bükülərək istifadə edilməməsi vacibdir. Eləcə də telefonla danışan zaman telefon baş və boyun arasına sıxışdırılaraq istifadə edilməməlidir.

Stress ağrıları

Ofis şəraitində ağrılardan xilas olmaq üçün stressi idarə etməyi öyrənmək lazımdır. Stress mütəmadi olaraq adrenalin hormonu ifrazına səbəb olur. Bu da əzələlərin mütəmadi olaraq sərt və əzələli vəziyyətdə durmasına, həmçinin qatılaşmasına səbəb olur. Nəticəsində oynaqlar sərtləşmiş əzələlər arasında daha artıq yük daşıyır və dolayısı ilə ağrı qaçılmaz olur.

Nizamlı olaraq idman etmək lazımdır

Ofis həyatı səbəbindən oynaqlar uzun müddət sabit mövqedə və duruşda yorucu bir formada qalır. Buna görə də güclü və dayanıqlı əzələlərə sahib olmaq üçün ofis kənarında bədəni hazırlamaq lazımdır. Bunun da ən asan yolu nizamlı idman etməkdir. Ən ideal idman növü isə üzməkdir. Buna imkan və ya şərait yoxdursa, qaçış və piyada yerimək də olar. Maşınınızı uzaq məsafədə saxlayın, avtobusdan bir dayanacaq tez düşün, demək olar ki, siz artıq piyada yeridiniz.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR