Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin Baş naziri: Azərbaycanın işğal altındakı torpaqları qaytarılana qədər Türkiyə Azərbaycana dəstəyi davam etdirəcək

Türkiyənin Baş naziri: Azərbaycanın işğal altındakı torpaqları qaytarılana qədər Türkiyə Azərbaycana dəstəyi davam etdirəcək

Date: 4 December 2015 00:23

Bakı. Trend:

Azərbaycanın işğal altındakı torpaqlarının hamısı - bir kvadratsantimetri belə qalmamaqla qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Prezident İlham Əliyev ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra mətbuata bəyanatında deyib.

Türkiyə Baş naziri bildirib: "Bu gün, həmçinin başda Dağlıq Qarabağ problemi olmaqla regional məsələləri də müzakirə etdik. Türkiyə olaraq bizim mövqeyimiz açıq və konkretdir: Azərbaycanın işğal altındakı torpaqlarının hamısı - bir kvadratsantimetri belə qalmamaqla qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Dünyada bir çox problemlərin həllində əsas prinsip ərazi bütövlüyünə qarşılıqlı hörmətdir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu müddətdə Qafqazda sülhün və sabitliyin təmin olunmasında nə qədər çətinliklərin yaşandığı məlumdur.

Mən burada Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, ədalətli və davamlı sülhün təmin olunması istiqamətində atılacaq hər addıma dəstək verəcəyimizi bir daha bəyan etmək istəyirəm. Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması üçün bütün Qafqazı əhatə edəcək sülh və rifah layihələrinə hər zaman töhfə verəcəyik".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Türkiyənin Baş naziri Azərbaycanın işğal altındakı torpaqları qaytarılana Türkiyə Azərbaycana dəstəyi davam etdirəcək

RƏYLƏR


Top news