Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda nikaha girənlərin çoxu virus daşıyıcılarıdı

Azərbaycanda nikaha girənlərin çoxu virus daşıyıcılarıdı

Date: 4 December 2015 01:16

İyun-dekabr ayları ərzində nikaha daxil olanların çoxu müxtəlif xəstəlik daşıyıçısıdır.

ANS PRESS-in məlumatına görə, 6 ay ərzində nikaha daxil olan 75 min insan tibbi müayinədən keçirilib. Onlardan 5034-də Talasemiya, 51-də HİV virusu, 183-də isə Sifilis aşkarlanıb.

Hematologiyanın və Transfuziologiya elmi-tədqiqat institutunun direktoru Zöhrə Əlimirzəyeva deyir ki, son vaxtlar bu xəstəliklərin sayı artıb.

"Bu səbəbdən biz tez-tez profilaktikalar həyata keçiririk. Xüsusən Talasemiya xəstələrinin sayı artıb. Əslində, bu xüsusi xəstəlik deyil, genetik xəstəlikdir. Sağlam insanda da bu xəstəlik ola bilər", - deyə institut direktoru vurğuladı.

Həkim onu da əlavə etdi ki, Talasemiya xəstəliyinin müalicəsi sümük iliyinin dəyişdirilməsidir ki, respublikamızda bir il ərzində 20 nəfərdə bu həyata keçirilib. Bu xəstəlik daşıyıcısı olan qadın hamilə olarsa, prenatal dövrdə (hamiləliyin ilkin mərhələsi)
döldən xüsusi material alınır, onun bu xəstəliyə tutulub-tutulmaması valideynlərinə deyilir. Əgər tutulubsa, valideynlərinin qərarı ilə uşaq ya saxlanılır, ya da tələf olunur".


Zöhrə Əlimirzəyeva - Hematologiyanın və Transfuziologiya elmi-tədqiqat institutunun direktoru


Bu gün bütün dünyada tez-tez tibbi profilaktikalar həyata keçirilir. Xarici ölkələrin çoxunda virus daşıyıcılı insanlar vaxtında aşkar olunaraq, müalicə olunur, xəstəliyin qarşısı alınır ki, artım olmasın. Elə bu səbəbdən dünya üzrə müxtəlif virus daşıyıcılı insanların sayında azalma müşahidə olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında ” Qanun və 15 dekabr 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq fərman imzalayıb. Fərmana əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minib.

Qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırmalı, və yalnız yazılı razılıqlarına əsasən nigah rəsmiləşdirilməlidir.

Əslində tətbiq olunan bu qanun məqsədəuyğundur. Bununla cəmiyyət arasında virus daşıyıçısı olan biri digərini də bu xəstəliyə yoluxdurmaz. Birdə ki, çalışın hər an diqqətli olasınız ki, xəstəliklərdən sizdən yan keçsin. Yox, əgər, siz arzuolunmaz virus daşıyıçısınızsa, onda, müalicə alaraq, ondan canınızı qurtarın və mümkün qədər bu virusu başqalarına yoluxdurmayın.


Tags:  Azərbaycanda nikaha girənlərin çoxu virus daşıyıcılarıdı



RƏYLƏR


Top news