Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da 14 nəfəri öldürənlərin evindən 12 bomba tapıdı

ABŞ-da 14 nəfəri öldürənlərin evindən 12 bomba tapıdı

Date: 4 December 2015 01:19

Kaliforniyanın  San-Bernardino şəhərində atışma törətməkdə şübhəli bilinən şəxslərin evində 12 ədəd əldəqayırma bomba aşkarlanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

 

Məlumata görə, axtarış zamanı həmçinin partlayıcı qurğuların istehsalında istifadə edilən materiallar və minlərlə patron aşkarlanıb.

 

Qeyd edək ki, atışmada şübhəli bilinən şəxs dini radikallarla əlaqədə şübhəli bilinir.

 

Son məlumata görə, atışma nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.  


Tags:  ABŞ-da 14 nəfəri öldürənlərin evindən 12 bomba tapıdı

RƏYLƏR


Top news