Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dövlət qeydiyyatına alınan radiotezlik istifadəçilərinin sayı 475-ə çatıb

AİF-in istiqrazlarının yerləşdirilməsi başa çatıb (14 Mart 2017 13:47)
Azərbaycanda 25 yeni mehmanxana tikilir (08 Mart 2017 17:32)
“Spotify”nin istifadəçilərinin sayı 50 milyonu keçdi (07 Mart 2017 08:52)

Tarix: 4 Dekabr 2015 01:53


Bakı, 4 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələr (REV) haqqında statistik məlumatı açıqlayıb.
Dekabrın 3-nə olan məlumata görə, idarədə 475 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70-i dövlət, 335-kommersiya, 31-i xarici təşkilat və 39 istifadəçi isə fiziki şəxslərdir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu ilin müvafiq dövründə 6774 radioelektron vasitə DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 48 min 334 ədəd təşkil edir.

Teqlər:  Azərbaycanda dövlət qeydiyyatına alınan radiotezlik istifadəçilərinin sayı 475-ə çatıb



RƏYLƏR


Top xəbərlər