Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hava limanında həyəcanlı anlar: təyyarə iti vurdu

Parisdə silahlı hucum (18 Mart 2017 12:38)
Parisdə hava limanında atışma: Sərnişinlər təxliyyə edilir (18 Mart 2017 12:37)
Aeroportda Özbəkistan vətəndaşından 15 meymun müsadirə edildi (18 Mart 2017 06:49)

Tarix: 4 Dekabr 2015 02:36

Türkiyənin İstanbul şəhərindəki “Atatürk” beynəlxalq hava limanında həyəcanlı anlar yaşanıb. ANS PRESS-in məlumatına görə, Portudan İstanbula gələn təyyarə eniş zolağında olan iti vurub.
Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb:

“Portu – İstanbul reysi ilə hərəkət edən “Boeing 777-800” tipli TK 1450 səfər saylı “Türk Hava Yolları”na aid sərnişin təyyarəsi saat 21.33-də (Bakı vaxtıyla 23.33) “Atatürk” hava limanı 05/23 saylı eniş zolağında hardan gəldiyi məlum olmayan iti vurub.

Qəza zamanı ölən itin cəsədi eniş zolağından təmizlənərkən təyyarələrin hərəkətlərində ləngimələr yaranıb. Çox sayda təyyarə eniş öncəsində havada dövrə vurmağa məcbur olub.

Hava limanı əməkdaşları iti vuran təyyarəni də təmizləyiblər.” – deyə məlumatda bildirilir.

Teqlər:  Hava limanında həyəcanlı anlar təyyarə iti vurdu



RƏYLƏR


Top xəbərlər