Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Luis Suares: “Messinin yeganə çatışmayan cəhəti...”

Luis Suares: “Messinin yeganə çatışmayan cəhəti...”

Date: 4 December 2015 02:39

“Barselona”nın hücumçusu Luis Suares komandadan ayrılmaq ehtimalları barəsində danışıb. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, uruqvaylı forvard Kataloniya klubundan ayrılmaq istəmədiyini qeyd edib.

 

Daha əvvəl “Ayaks” və “Liverpul”da da çıxış etmiş hücumçu heç bir məbləğin onu qərarından döndürməyəcəyini deyib: “Hətta indikindən 3 dəfə artıq pul təklif etsələr də, “Barselona”nı tərk etmərəm. Bu sadəcə mümkünsüzdü. Bu kluba keçənə kimi çox səbr eləmişəm. Həmişə burada oynamağı arzulamışam”.

 

Suares həmçinin Messinin də “Barselona”dan ayrılmasının qeyri-mümkün olduğunu bildirib: “Mən Messinin də harasa gedəcəyini təsəvvürümə gətirmirəm. Bu mümkün deyil.  O, anadangəlmə istedaddı. Yeganə çatışmayan cəhəti sağ ayağı ilə zərbə vura bilməməkdi”.


Tags:  Luis Suares Messinin yeganə çatışmayan cəhəti

RƏYLƏR


Top news