Novruz Əzimov: "Biz Azərbaycan üçün futbolçu yetişdiririk"

"Bakı"nın baş məşqçisi Novruz Əzimov "Rəvan"la görüşdən sonra mətbuat nümayəndələrinin qarşısına çıxıb.

Əzimovun fikirlərini sizinlə bölüşürük:

"Çox danışmağa ehtiyac yoxdu. Futbol üçün əlverişsiz olan hava şəraitində oynadıq. Məncə, futbolçular hər cür şəraitində oynamağa çalışmalıdırlar. Rəqibin heyətində vaxtilə “Bakı”ya məxsus 5 oyunçu vardı, biz Azərbaycan üçün futbolçu yetişdiririk. Oyunda vurulan yeganə qolun müəllifi Vüqar Bəybalayev də müqavilə ilə “Bakı”ya məxsusdur. Düşünürəm ki, futbolçularımız bu gün yaxşı mübarizə apardılar. Oyundan sonra “Bakı”nın prezidenti Hafiz Məmmədov ismarış göndərərək, futbolçuların oyunundan razılığını ifadə edib. Bunun özü bizim işimizə verilən qiymətdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR