Sumqayıtda Beynəlxalq Əlillər Günü qeyd olunub

03:38 4 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 4 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 3- də Sumqayıtda Beynəlxalq Əlillər Günü qeyd olunub. Bununla əlaqədar Şəhər İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.
Hazırda Sumqayıtda əmək, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi, Çernobıl əlillərinin təqribən 20 ictimai təşkilatı, müxtəlif fiziki qüsurları olan insanları birləşdirən digər qurumlar fəaliyyət göstərir.
Yüzdən çox müxtəlif dərəcəli əlilin qatıldığı tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayışından sonra ölkəmizdə əlillərin sosial müdafiəsi məsələləri ön plana çəkilib. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı məlum fərmandan sonra Əlillər Günü respublikamızda hər il dövlət səviyyəsində qeyd edilir.
Qeyd edilib ki, son illər şəhərdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları istifadəyə verilir. Əlillər xüsusi avtomobillərlə təmin olunurlar. Bütün bunlar Azərbaycan dövlətinin əlillərə göstərdiyi qayğının əyani sübutudur.
Tədbir maraqlı konsert proqramı ilə davam etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_Beynelxalq_Aliller_Gunu_qeyd_olunub-908114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR