Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransada fövqəladə vəziyyət rejiminin uzadılması üçün konstitusiyada dəyişiklik edilə bilər

Fransada fövqəladə vəziyyət rejiminin uzadılması üçün konstitusiyada dəyişiklik edilə bilər

Date: 4 December 2015 03:42

Bakı. 4 dekabr. REPORT.AZ/ Fransa hökuməti ölkə konstitusiyasına fövqəladə vəziyyət rejimini 6 aya qədər uzatmağa imkan verəcək dəyişikliklər əlavə edə bilər. Bu barədə "Report" AFP-yə istinadən xəbər verir. 
Hazırda qanunvericilik aktları fövqəladə vəziyyət rejiminin yalnız 3 ay müddətinə tətbiq olunmasına icazə verir. 
Agentlik Fransa hökumətindəki mənbəyə istinadən xəbər verir ki, konstitusiyada dəyişikliklər layihəsi dekabrın 23-də Nazirlər Şurasının müzakirəsinə çıxarılacaq.

Tags:  Fransada fövqəladə vəziyyət rejiminin uzadılması konstitusiyada dəyişiklik edilə bilər

RƏYLƏR


Top news