"Arsenal"a qayıdır

"Roma"da icarə əsasında çıxış edən "Arsenal"ın qolkiperi Voytsex Şçensnı vaxtından əvvəl - qışda London klubunun bazasına qayıda bilər.

Polşalı qapıçı əsas heyətdəki yerini itirəcəyi təqdirdə İngiltərənin yolunu tutacaq. O, son müsahibəsində bunları deyib:

"Oynamamaq mənim üçün faciədi. Oyunları kənardan izləməyi sevmirəm".

Qeyd edək ki, icarə müqaviləsinin şərtlərinə əsasən, "Arsenal" müddətin sonuna qədər Şçensnının əmək haqqısını ödəyəcək. Bununla yanaşı, əvvəlcədən razılaşdırılmış maddəyə əsasən, qapıçı daimi olaraq əsas heyətdə meydana çıxmalıdı.

İtaliya A Seriyasının son turunda "Roma"nın baş məşqçisi Rudi Qarsiya əsas heyətdə 38 yaşlı Morqan De Sanktisə yer vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR