Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaradağ sakininin tanışları ilə mübahisəsi qanlı sonluqla bitdi

Qaradağ sakininin tanışları ilə mübahisəsi qanlı sonluqla bitdi

Date: 4 December 2015 05:19

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Lökbatan qəsəbəsi "Massiv 2" ünvanında  qeydə alınıb. Qəsəbə sakini 36 yaşlı Tural İmanovun tanışları ilə mübahisəsi düşüb. Mübahisə zamanı həmin şəxslərdən biri üzərində olan bıçaqla Tural İmanova zərbələr endirib.

 

Yaralı qohumlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Tural İmanovda iki bıçaq xəsarəti və başının zədələnməsi müəyyən edilib. Hadisə barədə Qaradağ rayon 10-cu polis bölməsinə məlumat verilib. Yaralının vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.

 

Faktla əlaqədar Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.


Tags:  Qaradağ sakininin tanışları mübahisəsi qanlı sonluqla bitdi

RƏYLƏR


Top news