Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neft yenə bahalaşdı

Neft yenə bahalaşdı

Date: 4 December 2015 05:51

Dünya birjalarında ötən gün yaşanan kəskin ucuzlaşmadan sonra neftin qiymətində bahalaşma qeydə alınıb. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabatına görə “Brent” markalı neftin qiyməti 43.84 dollar olub.

“Texas” (WTI) markalı neftdə də bahalaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 41.27 dollar olub.



“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,28 dollar ucuzlaşaraq 43,93 dollar təşkil edib.

Əmtəə birjalarında qızılın qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti 1 qram üçün 34.18 dollar olub. Gümüşün qiymətində də nisbi bahalaşma olub. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib.



Dolların qiymətində nisbi bahalaşma qeydə alınıb. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0512 AZN təşkil edib. Avropa valyutasında isə ucuzlaşma müşahidə olunur. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1134 AZN olub. Rusiya valyutasında da cüzi ucuzlaşma olub. Dünən 1 rublun qiyməti 0.0156 AZN olaraq müəyyənləşib.



Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0512 AZN
1 Euro – 1.1134 AZN
1 rus rublu – 0.0156 AZN

Tags:  Neft yenə bahalaşdı


RƏYLƏR


Top news