"Real"ı biabır edən səhv (VİDEO,FOTO)

"Real"ı biabır edən səhv (VİDEO,FOTO)
05:56 4 Dekabr 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

"Kral Kuboku"nda "Kadiz"i 3:1 hesabı ilə yenən Madridin "Real" klubuna teхniki məğlubiyyət verilə və turnirdən kənarlaşdırıla bilər.

ANS PRESS-in məlumatına görə, buna səbəb Madridlilərin heyətində cəzalı futbolçunun yer alması olub.

Dünən keçirilən oyunda rusiyalı Denis Çerışev meydana çıхıb və 3-cü dəqiqədə hesabı açıb. Lakin o, ötən mövsüm icarə əsasında çıхış etdiyi "Vilyarreal"ın heyətində 3 sarı vərəqə aldığından cəzalı olub. Bu səbəbdən "Real"a teхniki məğlubiyyət verilə və turnirdən kənarlaşdırıla bilər.


Çerışev əvəzlənərkən

"Kadiz"in prezidenti Manolo Vizkayno bununla bağlı şikayət edəcəklərini bildirib: "Klubumuz "Real"ın bu qayda pozuntusu barədə şikayət edəcək". "Real" ın baş məşqçisi Rafael Benites Çerışevin çəzalı durubda olduğunu bilmədiyini bildirib. "Bu barədə bizə kimsə məlumat verməmişdi.Oyunun gedişində bu barədə bildiyimizdən futbolçunu dəyişdim",- deyə Benites bildirib.

Qeyd edək ki, bu, Benitezin ilk xətası deyil. Belə ki, o, "Valensiya"nı çalışdıranda da legioner limitini pozmuşdu.


“Kadiz”in yaydığı müraciət


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR