Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

100 minlik oğurluq edən qadına cəza verildi

100 minlik oğurluq edən qadına cəza verildi

Date: 4 December 2015 07:05

Bakı Apellyasiya Məhkəməsində Səkinə Məmmədovanın (1967-ci il təv.) CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Səkinə Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək, ümumilikdə 103,650 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Onun qanunsuz hərəkətləri barədə zərərçəkənlərin şikayəti əsasında Nərimanov RPİ İstintaq şöbəsində cinayət işi başlanıb. Barəsində axtarış elan olunan S.Məmmədova RPİ Cinayət-axtarış şöbəsi əməkdaşları tərəfindən tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən həm zərərçəkənlər, həm də S.Məmmədova apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işi araşdırıb və şikayətləri təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Milli.Az


Tags:  100 minlik oğurluq edən qadına cəza verildi


RƏYLƏR


Top news