Kola piroqu

Kola piroqu
07:05 4 Dekabr 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Koka-Kola" ilə piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

150 q un 
2 yumurta
100 q ərinmiş kərə yağı
150 q şəkər tozu
3 dolu x.q. kakao tozu (2-si xəmirə, 1-i qlazura)
50 q şəkər pudrası (qlazura)
"Koka-kola" (0,5 st. xəmirə, 3 x.q. - qlazura)
2 ç.q. qabartma tozu

Un, şəkər tozu, qabartma tozu və 2 x.q. kakaonu qarışdırın. Yumurta əlavə edin. Sonra ərinmiş kərə yağı, ardınca isə "Kola"nı qatıb qarışdırın.
Formaya perqament döşəyib xəmiri tökün. 

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. 25 dəqiqə sobanın qapağını açmayın. Sonra isə bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın,  lazım gələrsə, bir qədər də bişirin.  

Piroqu çıxarıb soyudun. 

Qlazur: kakao, şəkər tozu və "Kola"nı yaxşıca qarışdırın, piroqun üzərində bıçaqla kəsiklər edin, qlazuru üzərinə çəkin. 

Nuş olsun! 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/387147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR