Bakı da tanışını bıçaqladı

Bakı da tanışını bıçaqladı
07:22 4 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Lökbatan qəsəbəsi "Massiv 2" ünvanında  qeydə alınıb. Qəsəbə sakini 36 yaşlı Tural İmanovun tanışları ilə mübahisəsi düşüb. Mübahisə zamanı həmin şəxslərdən biri üzərində olan bıçaqla Tural İmanova zərbələr endirib.
 
Yaralı qohumlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Tural İmanovda iki bıçaq xəsarəti və başının zədələnməsi müəyyən edilib. Hadisə barədə Qaradağ rayon 10-cu polis bölməsinə məlumat verilib. Yaralının vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.
 
Faktla əlaqədar Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR