Rusiya XİN rəhbəri: "Türkiyə-Suriya sərhədi bağlanmalıdır"

Rusiya XİN rəhbəri: "Türkiyə-Suriya sərhədi bağlanmalıdır"
07:27 4 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Suriya üzərində havada və yerdə fəaliyyət göstərənlərin hamısının səylərini  birləşdirməklə Türkiyə-Suriya sərhədini bağlamaq mümkündür. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri ötən gün Belqradda Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.   
 
"Təbii ki, sərhədlərin bağlanılmasını yalnız kompleks şəkildə və havadan dəstəklənməklə yerdə fəaliyyət göstərənlərin hamısının səylərini birləşdirməklə həyata keçirmək  mümkündür. Buna görə də, Türkiyə-Suriya sərhədinin bağlanmasının  konkret hansı şəkildə olacağını hələlik demək çətindir.  Lakin fakt odur ki, bu məsələ artıq ən əsas, mərkəzi problem kimi qəbul edilib", deyə Lavrov qeyd edib.   
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR