Tailandda rusiyalı turistləri daşıyan avtobus aşıb

07:12 30 Dekabr 2014
137 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 07:08 ]

Bakı-APA. Tailandın Pxuket adasında rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 10 nəfər xəsarət alıb.

 

Şahidlərin sözlərinə görə, turist avtobusu qəflətən yoldan çıxaraq aşıb. Qəza zamanı avtobusda 37 rusiyalı turistin olduğu bildirilir.

 

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub. Qəzanın səbəbləri müəyyənləşdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR