Əhməd Davudoğlu: "Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq"

Əhməd Davudoğlu: "Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq"
07:37 4 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Davudoğlu həbs oluna bilər (08 İyun 2017 14:27)
Davudoğlu həbs olunacaq (08 İyun 2017 14:13)
Davudoğlu həbs oluna bilər (08 İyun 2017 13:55)

Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Prezident İlham Əliyev ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra mətbuata bəyanatında deyib.

Əhməd Davudoğlu deyib: "Mən qonaqpərvərliyinizə görə bir daha təşəkkür etməyi özümə borc bilirəm. Türkiyə ilə Azərbaycan, - mən nə vaxt "Azərbaycan" deyirəmsə, həmişə "Can Azərbaycan" deyirəm, - bizim canımızdır, canımızla iç-içədir. Çox özəl əlaqələrə sahibik. Bunun bir göstəricisi də Türkiyədə və Azərbaycanda kim hökumət qurursa, vəzifəyə gəlirsə ilk səfərini qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana edir.

Bazar ertəsi axşamı yeni hökumətə etimad göstərilməsi ilə bağlı parlamentdə keçirilən səsvermədə lazımi səsi toplayıb 64-cü hökuməti qurduq. Hələ İstanbula, doğulduğum Konyaya getmədim, amma mənəvi məmləkətimiz Azərbaycana Sizinlə görüşməyə gəldik. Bu gözəl ənənə bundan sonra qiyamətə qədər davam edəcək. Ankarada kim iqtidara gəlsə əvvəlcə Bakıya gələcək. Bakıda kim seçkilərdə qalib gəlsə, o da Ankaraya gələcək. Mən bizimlə eyni gündə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurları münasibətilə Sizləri təbrik edirəm. Qarşıdakı illərdə Türkiyədə və Azərbaycanda iki sabit hökumətin ölkədə hakimiyyətdə olması əlaqələrimizi möhkəmləndirəcək, gücümüzə güc qatacaq.

Böyük liderimiz Heydər Əliyev "Bir millət, iki dövlət" demişdi. Vətən şairimiz Bəxtiyar Vahabzadə "Türkiyə və Azərbaycan, bir ananın iki oğlu" demişdi. Biz bir-birimizə bu şəkildə bağlanmışıq. Bu bağlılıq nəsillərdən-nəsillərə ötürüləcək. Biz də Bakının ruzigarı-küləyi üçün darıxmışdıq. Oradan sevgi almağa gəldik".

Türkiyənin Baş naziri ortaq məsələlərin tam əməkdaşlıq şəraitində müzakirə olunduğunu bildirib: "Türkiyə və Azərbaycan həm Qafqaz regionunda, həm Avrasiya bölgəsində sabit inkişaf edən ölkələrdir. Çox dərin iqtisadi böhranların yaşandığı bir dövrdə - 2005-ci ildən 2015-ci ilədək Azərbaycan böyük inkişaf nümayiş etdirib, milli gəliri təxminən 5 dəfə artıb. Bu uğurların qazanılmasında cənab Prezidentin və onun hörmətli komandasının yaxşı işləməsi və Azərbaycan xalqının vətənpərvərliyi böyük əhəmiyyətə malikdir.

Təbii ki, Türkiyə hər zaman bu proseslərdə Azərbaycanın yanında olub və olacaq. Hansı mövzuda olursa-olsun, əgər Azərbaycanı maraqlandıran bir məsələ varsa Türkiyənin mövqeyi bəllidir. Bütün sahələrdəki kimi, siyasi sahədə əlaqələrimiz hər zaman ən yüksək səviyyədə olub. G20 Sammitində hörmətli Prezidenti Türkiyədə, Antalyada görmək bizə böyük şərəf verdi. Türkiyə bayrağının dalğalandığı hər yerdə Azərbaycan bayrağı vardır. Azərbaycan bayrağının dalğalandığı hər yerdə Türkiyə bayrağı vardır".

Əhməd Davudoğlu Türkiyə-Azərbaycan əməkdaşlığının yüksə səviyyədə olduğunu qeyd edib: "Avrasiya miqyasında ən böyük layihələrin təməlində Türkiyə-Azərbaycan əməkdaşlığı durur. Bu təməlin enerji və nəqliyyat xətləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. TANAP layihəsi artıq xəyala çevrilən NABUKKO kimi bir çox layihədən sonra həyata keçirilibsə bu, Türkiyə və Azərbaycan arasında dostluq, qarşılıqlı etibar sayəsində reallaşıb. Bir çox ölkələrin edə bilmədiyini Türkiyə və Azərbaycan danışıqlar apararaq birlikdə həyata keçirdilər. Digərləri daha sonra qoşuldular.

Bu gün keçirdiyimiz görüşlərdə, apardığımız müzakirələrdə energetika nazirlərimiz TANAP layihəsinin nəzərdə tutulduğu kimi, 2018-ci ildə deyil, daha tez reallaşması üçün razılığa gəldilər. Gecə-gündüz çalışacağıq, Türkiyə Respublikasının sərhədləri daxilində TANAP layihəsi üçün nə lazımdırsa ediləcək. Bu işlər Azərbaycanda da eyni qaydada görüləcək. Çünki TANAP və Bakı-Tbilisi-Ceyhan iki böyük layihə olaraq neft və təbii qaz ehtiyatlarının Xəzərdən Aralıq dənizinə və Avropaya çatdırılmasında əsas kanallardır. TANAP-ın TAP ilə tamamlanması Avropa daxilində balanslaşmaya da təsir edəcək.

Ötən bazar günü keçirdiyimiz Türkiyə-Avropa İttifaqı Zirvəsi ilə bağlı da Prezident İlham Əliyevə məlumat verdim. Orada avropalı dostlarımızla əgər Avropanın enerji təhlükəsizliyi müzakirə mövzusu olarsa ən təhlükəsiz xəttin Xəzər ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya çatdırılması olduğunu bir daha müzakirə etdik.

Nəqliyyat məsələsində də Türkiyənin və Azərbaycanın eyni qaydada liderlik etdiyi, Gürcüstan ilə birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən İstanbula və Avropaya qədər uzanan dəhlizin şah damarını təşkil edir. Bu xəttin, inşallah, 2016-cı ilin birinci yarısında fəaliyyətə başlaması ilə tarixi "İpək yolu" yeni bir deyimlə, daha müasir şəkildə bu günümüzə daşınacaq. Bu mövzuda Çin ilə görüşlər keçirmişik, Çin dövlətinin başçısının Antalyada cənab Prezidentimizlə görüşündə də bu məsələlər açıq şəkildə müzakirə edilib. Hörmətli Prezident İlham Əliyevin Çinə səfərində də bu məsələlər müzakirə olunacaq. Bu dəhlizin ən qısa zamanda gerçəkləşməsi və ən qısa nəqliyyat xəttinin yaradılması bu gözəl Bakını Asiyanın ən önəmli limanlarından birinə çevirəcək.

Biz Bakını Azərbaycan ilə birlikdə Asiyanın yüksələn bir ulduzu olaraq görürük. Hər gəlişimdə Bakıda gördüyüm yüksəlişdən və inkişafdan böyük məmnunluq duyuram. "Soyuq müharibə"dən sonra əgər şəhərlərə baxsaq ölkələrin taleyini də görə bilirik. Ən parlaq, ən müasir və ən çox inkişaf etmiş şəhərlərin başında Bakı dayanır. Bu mənada Azərbaycanın inkişafı bizim inkişafımızdır. Türkiyənin inkişafı Azərbaycanın inkişafıdır. Əslində söhbət qarşılıqlı olaraq Türkiyənin 9 milyard, Azərbaycan isə 4 milyard dollarlıq sərmayə qoyuluşundan gedir. Türkiyənin İzmir bölgəsində "Petkim"ə Azərbaycan sərmayəsinin yatırılması bizə böyük güc verib. Hədəfimiz bu sərmayələri ən qısa müddətdə 20 milyard dollara, hazırda 5 milyard dollar olan ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmaqdır. Bunun üçün lazımi işləri görə biləcək iradəyə sahibik".

Türkiyənin Baş naziri başqa sahələrdə görüləcək mühüm tədbirləri də qeyd edib: "Bir çox başqa sahələrdə - ortaq mədəni dəyərlərimiz baxımından da görüləcək işlərimiz var. "Mədəniyyətlər ittifaqı" layihəsinə Azərbaycanın ev sahibliyi etməsinə böyük önəm veririk. İnşallah, gələn il aprelin 25-27-də keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə Azərbaycan dünyanın diqqətini bir daha özünə cəlb edəcək. Belə böhranlı, dünyada inanclar arasında qarşıdurmaların yaşandığı bir dövrdə Bakıdan yüksələcək mədəniyyətlər ittifaqı və sülh sözlərinin böyük mənası olacaq.

Cənab Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə dair fikirləri ilə tam həmrəyəm. Müdafiə sənayesi sahəsində də ortaq fəaliyyətimiz davam edəcək. Azərbaycanın özünün müdafiə sənayesini inkişaf etdirməsi və Türkiyə ilə birlikdə layihələr həyata keçirməsi bizim ən çox önəm verdiyimiz məsələlərdən biridir.

Qafqazda və ətraf regionlarda sülhün bərqərar olması Türkiyə-Azərbaycan əlaqələrindən böyük dərəcədə asılıdır. Bu baxımdan Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli mexanizmlərinə böyük önəm veririk. Türkiyə və Azərbaycanın birlikdə olduğu və digər ölkələrin iştirak etdiyi mexanizmlərin sülhə böyük töhfə verəcəyinə inamımız qətidir. Türk Şurası və digər regional təşkilatlarda birlikdə çalışmaqdan da böyük məmnunluq duyuruq".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub

29 İyun 2017 02:52

ABŞ-da təyyarə qəzası:ölənlər var

29 İyun 2017 02:44

"Milan" daha bir futbolçu ilə anlaşdı

29 İyun 2017 02:37

Aktrisa jurnalı bəzədi - FOTO

29 İyun 2017 02:32

Varşava - Berlin qatarı bomba təhlükəsindən dayandırılıb

29 İyun 2017 02:01

"Siçan zəhəri, aseton, milçək dərmanı..." - Ən təhlükəli narkotik vasitələr - FOTOLAR

29 İyun 2017 01:58

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü açıq elan ediləcək

29 İyun 2017 01:52

İsrail əsgərləri fələstinli gənci öldürüblər

29 İyun 2017 01:52

“Hyundai”la “Gelandewagen” toqquşdu - Bakıda

29 İyun 2017 01:49

Təl-Əvivdə zərif villa - FOTO

29 İyun 2017 01:37

Satışda təhlükəli qarpızlar var -

29 İyun 2017 01:34

Ruslar ən məşhur tarixi şəxsiyyətlərini seçdilər -

29 İyun 2017 01:18

ABŞ xarici təyyarələrə qarşı yeni təhlükəsizlik tədbirləri tətbiq etdi

29 İyun 2017 01:09

Mərakeşdə etirazlar zamanı 80 polis yaralanıb

29 İyun 2017 01:08

Konfederasiyalar Kubokunda ilk finalçı bəlli oldu

29 İyun 2017 00:49

Çili finala yüksəldi -

29 İyun 2017 00:47

Xəzərdə qayıq qəzaya uğradı

29 İyun 2017 00:38

Girov götürülən BMT əməkdaşları sərbəst buraxıldı

29 İyun 2017 00:23

“İpək Yolu” Festivalında Polşa və Macarıstan müşiqiçiləri çıxış edib

29 İyun 2017 00:22

Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

29 İyun 2017 00:17

Astroloji proqnoz - 29 iyun

29 İyun 2017 00:13

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

29 İyun 2017 00:05

Günün qoroskopu: bir çox işlərinizdə qabağa gedə biləcəksiniz

29 İyun 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 3,3% bahalaşıb

29 İyun 2017 00:01

Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb

28 İyun 2017 23:57

Kirayə ev axtaran gənc bir gecədə fenomen oldu - FOTO

28 İyun 2017 23:57

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTO

28 İyun 2017 23:57

Satışda təhlükəli qarpızlar var - Diqqətli olun!

28 İyun 2017 23:57

Suyun altında məzun günü keçirildi - VİDEO

28 İyun 2017 23:57

Kürdəmir sakini çayda batdı

28 İyun 2017 23:53

Mançesterdə bomba xəbərdarlığı -

28 İyun 2017 23:53

Türkiyə hərbçilərinin PKK-nın İraqdakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 7 terrorçu öldürülüb

28 İyun 2017 23:52

Göz qapağı kəsilən, 1 anda canlanan cəsədlər - FOTO - 18+

28 İyun 2017 23:52

60 saniyəyə 47 acı bibər yedi - TARİXƏ DÜŞDÜ - VİDEO

28 İyun 2017 23:47

Sərinləmək üçün buzlu suya girdilər - 40 dərəcə istidə - FOTOLAR

28 İyun 2017 23:38

Həyat yoldaşlarından qorxan kişilər və bilmədiyiniz 20 FAKT

28 İyun 2017 23:37

Baneqa qayıdır

28 İyun 2017 23:37

Bu maşına 10 nəfər mindi - FOTO

28 İyun 2017 23:37

Putinlə Tramp G20 çərçivəsində görüşə bilər

28 İyun 2017 23:36

Putin: "Xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyanın daxili proseslərinə təsir göstərməyə çalışırlar"

28 İyun 2017 23:32

Tramp Makronun dəvətini qəbul etdi

28 İyun 2017 23:28

Çimərlikdə suya girəndə ehtiyatlı olun - TƏHLÜKƏ!

28 İyun 2017 23:27

Bu hərəkəti ilə futbolda yeni cığır açdı - VİDEO

28 İyun 2017 23:27

Hansı gilas daha faydalıdır - qırmızı yoxsa ağ?

28 İyun 2017 23:22

"Sezar" salatı haqqında bilmədikləriniz

28 İyun 2017 23:22

Bu qız hər kəsi dəli edir - VİDEO

28 İyun 2017 23:18

12 yaşında atdığı bu addım onu MİLYONÇU ETDİ

28 İyun 2017 23:17

Dünyanın ən bahalı şaurması hazırlandı: timsah əti, qızıl...

28 İyun 2017 23:12

Naməlum əl hamını ŞOKA SALDI - FOTO

28 İyun 2017 23:05

Uşaq dənizə girməkdən qorxursa, belə edin...

28 İyun 2017 23:05