Bu gün OPEK-in sammiti keçiriləcək

Bu gün OPEK-in sammiti keçiriləcək
07:41 4 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Vyanada keçiriləcək OPEK sammitində Səudiyyə Ərəbstanı neft hasilatını gələn ildən günə 1 milyon barelə qədər azaltmağı təklif edə bilər. ANS PRESS-in məlumatına görə, Səudiyyə krallığı bunun üçün OPEK üzvləri ilə yanaşı kartelə üzv olmayan neft ölkələrinin də ixtisara razılaşmasını istəyir. Ucuz neft qiymətlərindən əziyyət çəkən İranın da, Səudiyyə Ərəbstanının hasilatı azaltması üçün xüsusi arqumentlərlə çıxış edəcəyəi gözlənilir.

Bu arada sammit ərəfəsində cümə axşamı ABŞ-da xam neftin qiyməti dolların ucuzlaşması hesabına 2 faiz qalxıb, “Brent” LCO markalı neftin bareli 80 sent bahalaşaraq, hazır 43,29 dollara satılır. “WTI” markalı neftin qiyməti isə 50 faiz bahalaşaraq, 40.44 dollar olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR