Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təyyarə iti vurdu - VİDEO

Təyyarə iti vurdu - VİDEO

Date: 4 December 2015 07:52

Qəza zamanı təyyarələrin hərəkətlərində ləngimələr yaranıb.

Türkiyənin İstanbul şəhərindəki "Atatürk" beynəlxalq hava limanında həyəcanlı anlar yaşanıb. Milli.Az anspress-ə istinadən bildirir ki, Portudan İstanbula gələn təyyarə eniş zolağında olan iti vurub. 

Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb: 

"Portu - İstanbul reysi ilə hərəkət edən "Boeing 777-800" tipli TK 1450 səfər saylı "Türk Hava Yolları"na aid sərnişin təyyarəsi saat 21.33-də (Bakı vaxtıyla 23.33) "Atatürk" hava limanı 05/23 saylı eniş zolağında hardan gəldiyi məlum olmayan iti vurub. 

Qəza zamanı ölən itin cəsədi eniş zolağından təmizlənərkən təyyarələrin hərəkətlərində ləngimələr yaranıb. Çox sayda təyyarə eniş öncəsində havada dövrə vurmağa məcbur olub. 

Hava limanı əməkdaşları iti vuran təyyarəni də təmizləyiblər." - deyə məlumatda bildirilir.
Milli.Az


Tags:  Təyyarə iti vurdu VİDEO


RƏYLƏR


Top news