Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avstraliya terrorçuluqda şübhəli bilinənlərin vətəndaşlığını ləğv edəcək

Date: 4 December 2015 08:53


Kanberra, 4 dekabr, AZƏRTAC
Avstraliya parlamenti terrorçuluqda şübhəli bilinən və ikili vətəndaşlığa malik avstraliyalıların vətəndaşlığının ləğv olunması barədə qanun qəbul edib. Bu barədə AP agentliyi məlumat yayıb.
Hökumətdən bildirildiyinə görə, Avstraliyada Orta Şərqdən gələn terrorçuların əksəriyyəti ikili vətəndaşlığa malikdirlər. Avstraliya parlamentinin yuxarı palatası tərəfindən qəbul olunan qanuna əsasən, terrorçuluqda şübhəli bilinən 14 yaşından yuxarı şəxslər hətta məhkəmənin bu barədə hökmü olmasa belə vətəndaşlıqdan məhrum ediləcəklər.
Yeni qanunu şərh edən Avstraliyanın baş prokuroru Corc Brandis bildirib ki, bu, terroçuluqla mübarizənin gücləndirilməsində qanunvericiliyin mühüm komponenti olacaq. C.Brandis əlavə edib ki, yeni qanun “məhdud hallarda” tətbiq olunacaq. Baş prokuror onu da qeyd edib ki, qanunun Avstraliyanın Ali Məhkəməsi tərəfindən mübahisəli qarşılanmayacağına təminat verə bilməz.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Tags:  Avstraliya terrorçuluqda şübhəli bilinənlərin vətəndaşlığını ləğv edəcək


RƏYLƏR


Top news