Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaponiya və İndoneziya nazirləri ilk dəfə 2+2 formatında görüşəcəklər

Yaponiya və İndoneziya nazirləri ilk dəfə 2+2 formatında görüşəcəklər

Date: 4 December 2015 08:53


Tokio, 4 dekabr, AZƏRTAC
Yaponiya və İndoneziyanın xarici işlər və müdafiə nazirləri dekabrın 17-də Tokioda ilk dəfə 2+2 formatında görüşəcəklər. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, görüşdə tərəflər Cənubi Çin dənizində beynəlxalq hüquq qaydalarının gözlənilməsini müzakirə edəcək, iki ölkənin hərbi dəniz qüvvələrinin inkişafı barədə fikir mübadiləsi aparacaqlar.
Kyodonun məlumatına əsasən, gündəliyin daha bir məsələsi müdafiə sahəsində müvafiq texnologiyaların mübadiləsi istiqamətində əməkdaşlıq olacaq. Bununla bağlı səlahiyyətli mənbənin sözlərini sitat gətirən agentlik bildirir ki, İndoneziya Yaponiyanın “Shin Maywa Industries” şirkəti tərəfindən istehsal olunan US-2 amfibiya təyyarələrinin alınmasında maraqlıdır. Hazırda Yaponiya həmin təyyarələrin Hindistana satılması ilə bağlı danışıqlar aparır və həmin ölkə tərəfindən ilkin olaraq 12 təyyarənin alınacağı gözlənilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Tags:  Yaponiya İndoneziya nazirləri ilk dəfə 22 formatında görüşəcəklər


RƏYLƏR


Top news