Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Minik maşını ilə "KamAZ" toqquşdu, yaralılar var

Minik maşını ilə "KamAZ" toqquşdu, yaralılar var

Minik və yük avtomobilləri toqquşdu: bacı-qardaş xəsarət aldı - FOTO (24 Mart 2017 13:22)
Azərbaycanda 18 yaşlı oğlan faciəvi şəkildə öldü (12 Mart 2017 10:19)
KURYOZ QƏZA: Yük maşını təyyarə ilə toqquşdu - FOTO (11 Mart 2017 18:43)

Tarix: 4 Dekabr 2015 09:12

Bakı-Qazax yolunda minik maşını ilə "KamAZ" toqquşub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 65-ci kilometrliyində "Opel" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğraıyıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil veriblər, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:18-də başa çatıb.

Milli.Az


Teqlər:  Minik maşını KamAZ toqquşdu yaralılar var



RƏYLƏR


Top xəbərlər