Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı-Qazax yolunda “Opel” “KamAZ”la toqquşub, yaralılar var

Bakı-Qazax yolunda  “Opel” “KamAZ”la toqquşub, yaralılar var

Date: 4 December 2015 09:22

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı-Qazax yolunun 65-ci kilometrliyində “Opel” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:18-də başa çatıb.

Tags:  Bakı-Qazax yolunda Opel KamAZla toqquşub yaralılar var

RƏYLƏR


Top news