Bakı-Qazax yolunda qəza olub, yaralılar var

Bakı-Qazax yolunda qəza olub, yaralılar var
09:33 4 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Səhər saatlarına yaxın Bakı-Qazax yolunda qəza olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı-Qazax yolunun 65-ci kilometrliyində "Opel" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 06:18-də başa çatmıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2464941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR