Deputatın Rəsulzadəni təhqir etməsi bu gün parlamentdə müzakirə olunacaq

Deputatın Rəsulzadəni təhqir etməsi bu gün parlamentdə müzakirə olunacaq
09:37 4 Dekabr 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Vəkillər Naqif Həmzəyevi məhkəməyə verirlər; YAP-çı deputatı hansı cəza gözləyir?..

Milli Məclisin Gəncədən seçilmiş deputatı Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi nalayiq fikirlər cəmiyyətdə etirazlar doğurub. YAP-çı deputatın AXC liderini vətən xaini adlandırması və onun həyat yoldaşı, qurduğu dövlət haqqında xoşagəlməz fikirlər səsləndirməsi bir neçə gündür sosial şəbəkələrdə ciddi müzakirə olunur. Bu fikirlərə görə hər kəs Naqif Həmzəyevi tənqid atəşinə tutub, qınayır.
Modern.az saytı Milli Məclisin İntizam Komissiyasından deputat Naqif Həmzəyevin bu davarınışın necə qiymətləndiriləcəyini soruşub.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev modern.az-a açıqlamasında bildirib ki, bu gün məsələ parlamentdə müzakirə olunacaq. O bildirib ki, deputatın bu çıxışına siyasi deyil, insani qiymət verilməlidir.

"Bununla bağlı İntizam Komissiyasında deyil, Milli Məclisin  iclasında geniş müzakirə aparılacaq. Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın?.. Demirik ki, Azərbaycanın min il bundan qabaqkı tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan?.. Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır".
A.Abiyev deputatın səhv hərəkət etdiyini vurğulayaraq, onu orta məktəbdə keçilən tarixi bilməməkdə günahlandırıb: "Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı  "Azərbaycanın düşməni" adlandırasan.

Heç bu sözü deməyə erməninin gücü çatmaz. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun. Azərbaycan tarixi orada da keçilir, tariximizlə tanış olsun. Məhəmməd Əmin Rəsulzadəyə ulu öndərimiz Heydər Əliyev yüksək qiymət verib. Ölkənin ən ağır, qorxulu vəziyyətində Azərbaycanın müstəqilliyi haqqında danışan, Azərbaycanın üçrəngli bayrağını qoruyan şəxsiyyətə sən hansı haqla "vətən xaini" deyirsən?.. Hesab edirəm ki, bu xoşagəlməz fikirlərə Milli Məclis mütləq qiymət verməlidir".

Bir sıra vəkillər N.Həmzəyevlə bağlı məhkəməyə müraciət edəcəklərini deyiblər. "Gəncədən deputat seçilən Naqif Həmzəyevin Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadəni təhqir etdiyi üçün yaxın günlərdə bir neçə vəkil onu məhkəməyə verəcək", - deyə vəkil Adəm Məmmədov ANS-ə bildirib. Düzdür, qanuna görə, deputat parlamentdə dediyi sözlərə görə hüquqi məsuliyyət daşımır, bundan azaddır. Amma fakt budur ki, deputat Rəsulzadə haqqında parlamentdən kənarda danışıb. Deputat Fazil Mustafa da qəzetimizə açıqlamasında həmkarının dediklərinə görə məsuliyyətdən azad olmadığını vurğuladı. Bildirdi ki, deputat Milli Məclisdən kənarda dediyi sözə görə məsuliyyət daşıyır. Ancaq F.Mustafa deyir ki, məhkəmədənsə, ictimai qınaq daha güclü vasitədir: "Orada məhkəməyə zərurət yoxdur. İctimai qınaq bəzən məhkəmədən daha güclü silahdır. Məhkəməyə vermək lazım deyil. İctimai qınaq daha effektlidir".

M.Ə.Rəsulzadə irsinin digər araşdırmaçısı Nəsiman Yaqublu "Yeni Müsavat"a dedi ki, Rəsulzadəyə qarşı həqarətə yol verilməsi ilk dəfə deyil: "3-4 ay bundan əvvəl də Rəsulzadəyə qarşı Zahid Oruc tərəfindən başqa formada fikirlər səslənmişdi. Ondan əvvəl də bənzər hallar olmuşdu. Azərbaycan dövlətini sevmək, bu dövləti quran şəxsləri dəyərləndirmək mənəvi məsələdir. Rəsulzadəyə qarşı münasibət siyasi-hüquqi müstəviyə keçməkdədir, amma hər şeydən əvvəl bu, mənəvi məsələdir. Hər bir vətəndaş öz dövlətinin tarixini bilməli və dəyərləndirməli, sevməlidir. Bu dövləti quran şəxsiyyətləri də dəyərləndirməyi bacarmalıdır. Əgər bunu bacarmırsa, onun vətəndaş olmaq hüququ, vətəndaş adını daşımaq haqqı da yoxdur. Milli Məclisin deputatının Rəsulzadə haqqında dedikləri ciddi şəkildə müzakirə edilməli və bu adam öz dediyi sözlərin məsuliyyətinə varmalıdır".

N.Yaqublu hesab edir ki, məsələ kompleks yanaşma tələb edir: "Bəlkə, bir qanun qəbul etmək, yaxud qanunvericiliyə dəyişiklik etmək lazımdır ki, dövləti quran şəxsiyyətlərə münasibət tənzimlənsin. Hər kəs bilməlidir ki, bu insanlara qarşı aşağılayıcı fikir işlətmək olmaz! Eks-prezidentlərin statusu haqqında qanuna bənzər bir qanun qəbul edilməlidir ki, bu insanlara qarşı hər yoldan ötən adam ağlına nə gəldi, danışmamalıdır". N.Yaqublu bildirdi ki, məsələnin məhkəmə müstəvisində çözülməsi çıxış yolu deyil: "Bu, məhkəməlik məsələ də deyil. Dövlətin ali qanunverici orqanında həll ediləsi məsələdir ki, bu dövləti yaradanlara münasibət necə olmalıdır. 1995-ci ildə də Rasim Ağayev Rəsulzadəni təhqir etmişdi, biz onda məhkəməyə müraciət etmişdik. Mən onda ictimai vəkil olaraq çıxış edirdim. Lakin müraciətin hər hansı nəticəsi olmadı. Türkiyədə Atatürkə necə yanaşılırsa, Rəsulzadəyə də Azərbaycanda o cür yanaşılmalıdır. Kompleks tədbirlərə ehtiyac var. Hər dəfə məhkəməyə müraciət etməyəcəyik ki, bu məsələ hüquqi müstəvidə, qanunvericilik müstəvisində birdəfəlik həllini tapmalıdır".

Hesab olunur ki, N.Həmzəyevin dediklərini etiraf edərək xalqdan üzr istəməsi isə məsələyə nöqtə qoya, məhkəməyə müraciətlərin təxirə salınmasına səbəb ola bilər...

Bu arada politoloq Hikmət Hacızadə yeni təkliflə çıxış edib. "Mən isə təklif edirəm ki, Gəncədə Məhəmməd Əminin büstündən torbanı götürmək haqqında petisiyaya imza ataq!" - H.Hacızadə sosial şəbəkədə yazıb.  

"Yeni Müsavat"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aparıcı baxışları üzərinə topladı - FOTOlar

26 İyul 2017 18:52

Rusiyada təyyarədə dava düşdü – VİDEO

26 İyul 2017 18:52

Ukraynanın məşhur konserni ləğv edilir

26 İyul 2017 18:52

Osetiyada həyəcan siqnalı - Rusiya “İskəndər”i işə saldı

26 İyul 2017 18:48

""Şerif" "Qarabağ"dan güclüdür" - Federasiya prezidenti

26 İyul 2017 18:47

Dostu ilə oğurlayıb 10 həftə zorladığı qadını sevdi: Rusiyadakı DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI - FOTO

26 İyul 2017 18:47

Azərbaycan və İndoneziya əməkdaşlıq haqqında memorandum imzalayıb

26 İyul 2017 18:47

DYP kütləvi reydlərə başladı: "AA" da saxlanıldı - FOTO

26 İyul 2017 18:47

Bərdədə avtomobil yolunun tikintisinə vəsait ayrıldı

26 İyul 2017 18:44

"Sevib evlənməmişəm..." - Ruslan Abışov - FOTO

26 İyul 2017 18:37

Erməni hərbçiləri qəzaya düşdü - 4 yaralı

26 İyul 2017 18:37

Türkiyədə toyuq fermasında 1 ton heroin tapıldı

26 İyul 2017 18:37

Paytaxtda rabitə infrastrukturu olmayan ərazilər telefonlaşdırılır

26 İyul 2017 18:35

İsrail XİN-dən Ərdoğanla bağlı sərt BƏYANAT

26 İyul 2017 18:33

Fəxrəddin Manafov sevənləri ilə görüşəcək

26 İyul 2017 18:32

Bərdədə avtomobil yolunun tikintisinə 6,8 milyon manat ayrıldı

26 İyul 2017 18:32

Terimin istefasından sonra Türkiyə millisinə o gələ bilər

26 İyul 2017 18:27

Benzinlə işləyən avtomobillərin satışı qadağan ediləcək - Britaniyada

26 İyul 2017 18:27

Bərdə rayonunun yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

26 İyul 2017 18:27

"O biri ailəsindən olan övladları ilə..." - Xalq artistinin xanımı

26 İyul 2017 18:27

Fatih Terim milli komandadan istefa verdi

26 İyul 2017 18:25

"Lapşinin İsrailə verilməsi ilə bağlı müraciətinə baxıla bilər" - Ədliyyə Nazirliyi

26 İyul 2017 18:22

Bu görüntülər böyük qalmaqal yaratdı - VİDEO - FOTO

26 İyul 2017 18:22

TAP Yunanıstanda yeni menecer təyin etdi

26 İyul 2017 18:22

Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var

26 İyul 2017 18:17

Bakıda itən uşaq avtobusda tapıldı

26 İyul 2017 18:16

Əfqanıstan ordusuna siliahlı hücum: 26 ölü

26 İyul 2017 18:13

Demet dənizdən çıxmaq istəmədi - FOTOlar

26 İyul 2017 18:12

""Panatinaikos"un pley-off şansı daha çoxdur" - Yunanıstanlı futbolçu

26 İyul 2017 18:12

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcəklər

26 İyul 2017 18:07

"Allahı çağırıb, üfürdüm burnuna..." - HƏKİMLƏR "YOX" DEYİR, ANALAR DAYANMIR...

26 İyul 2017 18:05

Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası - VİDEO

26 İyul 2017 18:04

Sabahın MƏZƏNNƏSİ

26 İyul 2017 18:03

Cadu üçün 3 yaşlı uşağı öldürdülər

26 İyul 2017 18:03

Sergey Şoyqu: "Bir sıra dövlətlər Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır"

26 İyul 2017 18:02

Lapşinin müraciətinə baxıla bilər - RƏSMİ

26 İyul 2017 17:59

Nazir Məhəmmədov deputatın qulağını dişləyib qopardı

26 İyul 2017 17:57

Daha iki ərazi telefonlaşdırılıb

26 İyul 2017 17:56

Azərbaycanlı olduğunu danan Ququş İFŞA OLUNDU

26 İyul 2017 17:48

Ekspert: Türkiyədə dolların məzənnəsi 4 lirə həddini üstələyə bilər

26 İyul 2017 17:47

Moskvadan Lənkərana 65 min dollar gətirmək istəyən sərnişin tutuldu

26 İyul 2017 17:47

Fatih Terimdən gözlənilməz addım - İSTEFA

26 İyul 2017 17:44

Qarabağda müharibə bu tarixdə başlanacaq - Rusiyadan VAXT AÇIQLAMASI

26 İyul 2017 17:43

Bakıda itən uşaq avtobusda tapıldı - FOTO

26 İyul 2017 17:42

TAP-ın Yunanıstan üzrə yeni meneceri təyin olunub

26 İyul 2017 17:42

Bir bakal araq içən taksi sürücüsü: "Allahın adı ilə pis iş görməmişəm..." - VİDEO

26 İyul 2017 17:42

Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi

26 İyul 2017 17:42

Büstqalterdən imtina etmək üçün 4 SƏBƏB

26 İyul 2017 17:38

Ukrayna "Antonov" konsernini payızda ləğv edəcək

26 İyul 2017 17:37

AMEA: "Elmi ixtiralar əsasında hazırlanan məhsullar xarici bazara da çıxarılacaq"

26 İyul 2017 17:37