Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Rusiya Xəzərin cənubunda "S-400" zenit-raket sistemini sınaqdan keçirib

​Rusiya Xəzərin cənubunda "S-400" zenit-raket sistemini sınaqdan keçirib

Date: 4 December 2015 09:37

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın Xəzər Donanması Həştərxanda "S-400" zenit-raket sistemini sınaqdan keçirib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Həştərxandakı Kapustin - Yar poliqonunda keçirilən sınaq zamanı hava hücumundan müdafiə sisteminə daxil olan "S-400"-dən atılan iki raket "Kaban" adlı reaktiv hədəfi uğurla vurub.
Xəbərdə bildirilib ki, Rusiyanın Xəzər Donanması terrora qarşı mübarizə təlimi də keçirib. Rusiya Cənub Hərbi Dairəsinin məlumatına əsasən, təlimdə 200 əsgər və 20 hərbi texnika iştirak edib.




Tags:  Rusiya Xəzərin cənubunda S-400 zenit-raket sistemini sınaqdan keçirib

RƏYLƏR


Top news