Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan və İran XİN başçıları arasında məktub mübadiləsi (17 Mart 2017 19:43)
"Prezidentlərin qarşılıqlı səfərləri Azərbaycan-İran əlaqələrini daha da genişləndirmək üçün möhkəm iradənin göstəricisidir" (17 Mart 2017 19:05)
Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər nazirinin müavini ilə görüşdü (16 Mart 2017 22:48)

Tarix: 4 Dekabr 2015 09:43

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Bildirilir ki, görüş zamanı nazirlər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Onlar iqtisadiyyat, enerji və turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər.

İkitərəfli əlaqələrin inkişafı məqsədilə müqavilə - hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Görüşdə həmçinin tərəflər arasında iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Elmar Məmmədyarov Maltanın xarici işlər naziri görüşüb



RƏYLƏR


Top xəbərlər