Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Mirşahin Ağayevin MTRŞ-ya qarşı daha iki apellyasiya şikayətinə baxılıb

Date: 4 December 2015 09:47

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi şirkətin şikayətlərini təmin edib və birinci instansiya məhkəməsinin qərarları ləğv olunub. İşlər baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın 5 oktyabr 2015-ci il tarixli - 09/3 saylı, 09/4 saylı, 09/5 saylı,09/6 saylı, 09/7 saylı, 09/10 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı qərarından şikayət edib və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması barədə Səbail Rayon Məhkəməsində tələb irəli sürüb. Məhkəmə həmin iddiaları rədd edib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti verib.
Beləliklə, bu həftə Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı baxılan şikayətlərin sayı 10-a çatıb. Bu gün isə ANS TV-nin daha 3 şikayətinə baxılacağı gözlənilir. Şuranın 9 iş üzrə məhkəməyə ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru M.Ağayev verib, digər 4 halda isə televiziya kanalının müdafiəçiləri tərəfindən məhkəməyə müraciət edilib.

Tags:  Mirşahin Ağayevin MTRŞ-ya qarşı iki apellyasiya şikayətinə baxılıb

RƏYLƏR


Top news