“Bu xəstəlikdən qurtulmaq istəyirəm”

“Bu xəstəlikdən qurtulmaq istəyirəm”
09:51 4 Dekabr 2015
157 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Vüqar Muradovu özündən çıxarıblar.

Axşam.az-ın məlumatına görə, sənətçi İnstqramda onun ünvanına yazılanlardan yorulduğunu bildirib.

Elə buna görə də sənətçi izlədiyi hər kəsi dostluqdan sildiyini deyib:

“Əziz və dəyərli dostlarım, bu gündən mən heç kimi izləməyəcəm. Çünki əsəb və psixoloji baxımdan böyük əziyyət çəkirəm, heç bir iş-güc görə bilmirəm. Yuxum, əsəb sistemim pozulub. Burada izlədiklərim ən yaxınlarım və ailə üzvlərimdir. Artıq dərəcədə xahiş edirəm heç kim məndən inciməsin. İnstaqram məndə xəstəlik yaradıb. 24 saat İnstaqramda otururam, bu xəstəlikdən qurtulmaq istəyirəm. Fikrimə hörmətlə yanaşıb, dəyər verəcəyinizə əminəm. Haqqınızı halal edin. Hörmət, sevgi İnstaqramda izləməklə olmur. Sevgi insanın qəlbində olur. Sizi sevməyimə, dəyər verməyimə şübhəniz olmasın”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR