Babək prospektində ciddi sıxlıq müşahidə olunur

09:57 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Abdulvagah Salamzadə küçəsi (Qələbə dairəsi istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsində (Türkiyə səfirliyi istiqamətində), Səməd Vurğun küçəsində ("Təzə bazar"a doğru), Koroğlu Rəhimov küçəsində (Prezident İqamətgahı istiqamətində), Afiyəddin Cəlilov küçəsi, habelə Yusif Səfərov, Hənifə Ələsgərova və Vaqif küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq qeydə alınıb.
Məlumata görə, yaxın 10 dəqiqə ərzində qeyd edilən yollarda sıxlığın azalması gözlənilir.
Bununla yanaşı, hazırda yalnız Babək prospektində (şəhər mərkəzi istiqamətində) ciddi sıxlıq müşahidə olunur ki, bu da yolun bəzi hissələrində yağış suyunun yığılması nəticəsində avtomobillərin ləng hərəkət etməsi ilə bağlıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/babek-prospektinde-ciddi-sixliq-musahide-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR