Ermənilər cəbhədə basqına cəhd etdilər,yaralı var

Ermənilər cəbhədə basqına cəhd etdilər,yaralı var
10:01 4 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Düşmənin cəbhədəki təxribatlarının qarşısı qətiyyətlə alınıb. Müdafiə Na zirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhəboyu ərazilərdə təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə çalışırlar.

Rergiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Hazırda onun itkilərinin sayı dəqiqləşdirilir.

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR