Bu tələbələr təqaüddən məhrum olunacaq

Bu tələbələr təqaüddən məhrum olunacaq
10:06 4 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan universitetlərində Bolonya sistemi ilə təhsil alan və həmin sistemə görə semestr ərzində hər hansı bir fənn üzrə 51 bal toplaya bilməyən tələbələr təqaüd almayacaqlar.

Bunu ANS PRESS-ə dövlət başçısının “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” imzaladığı sərəncamı şərh edərkən Təhsil nazirliyindən bildiriblər.

2016-cı ilin fevralından tətbiq edilməyə başlanılacaq qaydalara əsasən, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, birinci semestrdən sonra təqaüd yalnız yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrə veriləcək.

“Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olduqdan sonra birinci semestrdə yalnız dövlət sifarişi ilə qəbul olmuş tələbələr təqaüd alacaq. Sərəncama müvafiq olaraq ödənişli əsaslarla təhsil alan tələbələr təqaüd alma imkanını ikinci semestrdən əldə edəcəklər” , – deyə nazirlikdən bildirdilər.

Bununla da ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrlə yanaşı, pullu əsaslarla ali məktəbə daxil olan, lakin dövlət hesabına təhsil alan qaçqın və məcburi köçkünlər, həmçinin, digər imtiyazlı ailələrdən olan tələbələr yüksək akademik nailiyyətlər göstərdikləri təqdirdə təqaüd ala biləcəklər


Tələbələrin ballara əsasən alacağə təqaüdün miqdarı


Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Eyvazlı İlhamə deyir ki, bu qanun onun ürəyincə olsa da, amma təəssüf ki, o, yalnız bir semestr təqaüd ala biləcək: "Bu il universiteti bitirirəm, yalnız ikinci semestrdə stipendiya alacam. Əslində, yaxşı qanundur, çünki pulsuz fakultələrdə elə tələbələr var ki, çox vaxt dərslərini oxumurlar, amma hər ay təqaüd alırlar. Pullu fakultələrdə isə əksinə - tələbələr var ki, özlərini öldürüb dərs oxuyurlar, amma nəinki, təqaüd almırlar, üstəlik kifayət qədər pul ödəyirlər", - deyə tələbə vurğuladı.


Eyvazlı İlhamə (mərkəzdə) - Azərbaycan İqtisad Universitetinin tələbələri


Ötən ay Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına əsasən tələbələrin təqaüdləri artırılacaq, bundan əlavə ilk dəfə ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd ala biləcəklər.

Bu ilin yay ayında isə Təhsil naziri Mikayıl Cabbarov Mirşahin Ağayevlə müsahibəsində bildirib ki, bu gün Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır. Pullu, yəni ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir. Nazir bu sistemi rəqabət mühiti üçün ədalətsiz sistem hesab etdiyini dilə gətirmişdi. Mikayıl Cabbarovun sözlərinə əsasən, onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir.


Mikayıl Cabbarov və Mirşahin Ağayevin müsahibəsi


Əsas odur ki, yeni qanun tələbələrin ürəyincədir və bu yeni qaydalar tələbələrin yaxşı oxuma istəyini artıracaq, yuxarıdan aşağı akademik göstəricilərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Eyni zamanda, bu qanunun tətbiqindən sonra təhsilin inkişaf edəcəyinə və savadlı tələbələrin daha çox yetişəcəyinə inam az da olsa artır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR