Hacı Məmmədovun ifadəsini Ali Məhkəmə araşdırmalıdır

Hacı Məmmədovun ifadəsini Ali Məhkəmə araşdırmalıdır
10:17 4 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Səhv məhkəmə hökm və qərarlarına baxılması hüququna yalnız Ali Məhkəmənin Plenumu malikdir

Xəbər verdiyimiz kimi, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov yenidən ifadə verməyə hazırlaşır. Artıq onun yaxınları vəkillərdən biri ilə müqavilə bağlayıblar.

Hacı Məmmədov MTN-in yeni rəhbərliyinə, Baş Prokurorluğa və Ali Məhkəməyə müraciət hazırlayır.

O, 2005-ci ildə həbs ediləndən sonra yalan ifadə verməyə məcbur edildiyini, ifadəsi əsasında həbsə alınaraq ömürlük azadlıqdan məhrum edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun günahsız olduğunu açıqlayıb. Onun belə bir müraciətinin araşdırılması qaydası  haqda məlumat almaq üçün "Hüquqi Dövlət" Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Müzəffər Baxışa müraciət etdik.

Tanımış hüquqşünas qaydaları izah etməklə yanaşı, maraqlı fikirlər də söylədi: "Məhkəmənin hökm və qərarlarına yeni açılmış hal üzrə baxılması əsasları ola bilər. Cinayət Prosessual Məcəllənin 461-ci maddəsi ilə tənzimlənir. Həmin əsaslardan biri də düzgün olmayan,  səhv hökm və ya qərarın çıxarılmasına səbəb olan zərərçəkmiş şəxsin, şahidin bilə-bilə yalan ifadə verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə yalan tərcümə etməsi, maddi sübutların, istintaq və məhkəmə hərəkəti protokollarının və digər sənədlərin saxtalığının məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilməsi; cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı təhqiqatçının, müstəntiqin, prokurorun və ya hakimin məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilmiş sui-istifadələrinin düzgün olmayan - səhv  hökm və ya qərarın çıxarılmasına səbəb olması; özü-özlüyündə və ya əvvəllər müəyyən edilmiş digər hallarla birlikdə məhkumun təqsirsizliyinə və ya onun məhkum olunduğu cinayət əməlindən ağırlıq dərəcəsinə görə fərqlənən cinayət törətməsinə, yaxud bəraət almış və ya barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verildiyi şəxsin təqsirliliyinə dəlalət edən, hökm və ya qərarın çıxarılması zamanı məhkəməyə və cinayət prosesinin tərəflərinə məlum olmayan digər hallar ola bilər.
Belə hallarda həmin səhv məhkəmə hökm və qərarlarının baxılması hüququna yalnız Ali Məhkəmənin Plenumu malikdir.

İşə Ali Məhkəmədə baxılması üçün yeni açılmış hallarla bağlı ərizə olmalıdır. Belə bir hüquqa təqsirləndirilən şəxs kimi Hacı Məmmədovla yanaşı, Baş Prokurorluq və Ali Məhkəmənin sədri malikdirlər. Hər bir halda kassasiya şikayəti öyrənilməlidir. Əgər qeyd olunan əsaslar tapılarsa, iş Ali Məhkəmənin Plenumuna çıxarılmalıdır.

Plenum həmin məhkəmə qərarlarını ləğv etməli, işi Ali Məhkəmənin kassasiya instansiyasına qaytarmalıdır. Kassasiya instansiyası da işi birinci və ya apellyasiya instansiyasına baxılmaq üçün göndərə bilər".

Qeyd edək ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi "Qara Kəmər" əməliyyatı zamanı həbs olunublar. 2006-cı ildən 2007-ci ilə qədər davam edən, Hacı Məmmədovun yarımçıq ifadələri ilə yaddaşlarda qalan məhkəmənin sonunda onun özü də daxil olmaqla, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.

"Yeni Müsavat"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"30 yaşında sekslə məşğul olmaq 20 yaşa nisbətən daha gözəldir" - FOTO

27 May 2017 10:12

Oftalmoloqlar problemlərini birlikdə müzakirə ediblər

27 May 2017 10:08

Ermənistan silahlı bölmələri atəşkəsi 125 dəfə pozub

27 May 2017 10:07

Şüşəni sındırıb yol polisinə hücum çəkən şəxs həbs edildi - FOTO

27 May 2017 10:05

Türkiyədə ağır yol qəzası: 8 ölü, 34 yaralı

27 May 2017 10:05

DTX rəisi ölkəmizdəki casus şəbəkəsindən danışdı

27 May 2017 10:04

Düşmən cəbhədə iriçaplı pulemyotlardan və 60 mm-lik minaatanlardan istifadə edir

27 May 2017 10:01

Düşmən atəşkəsi 125 dəfə pozub

27 May 2017 10:00

Ronaldo 6 milyon avro "tərlədi"

27 May 2017 09:58

Müsəlmandan 100 milyon dollarlıq halal pizza iddiası: "Donuz əti vardı!" - VİDEO - FOTO

27 May 2017 09:57

Cəbhədən YENİ XƏBƏR

27 May 2017 09:57

Saray qəsəbəsində qonşusunu öldürən şəxsin cəzası azaldılıb

27 May 2017 09:57

Mədət Quliyev: "Casus şəbəkəsi ilə bağlı məlumatları Müdafiə Nazirliyinə biz verdik" - YENİLƏNDİ

27 May 2017 09:53

Yaraşıqlı kasıb oğlan, yoxsa varlı çirkin oğlan? -

27 May 2017 09:53

Bakıda bədbəxt hadisə: Laqonda ilə qolunu kəsdi

27 May 2017 09:52

"Standard&Poor’s" Azərbaycanın kredit reytinqini sabit saxlayıb

27 May 2017 09:47

Bakının gecə klubunda kütləvi dava - Ərəb turist döyüldü

27 May 2017 09:43

Mariya Zaxarova ən çox Azərbaycan xiyarını bəyənib - FOTO

27 May 2017 09:42

Yadplanetlilər əslində bizik - ŞOK İDDİA

27 May 2017 09:42

Rusiyanın ümidi Polad Bülbüloğlunadır

27 May 2017 09:37

Daha bir məşhur ailə dağıldı - FOTO

27 May 2017 09:37

Terrorçu İngiltərəni əbada dolaşdı - VİDEO

27 May 2017 09:33

Məşhur müğənni dəfn olundu - FOTO

27 May 2017 09:32

​Ramazan ayının ilk gününün

27 May 2017 09:30

Millimiz qrup lideri ilə üz-üzə

27 May 2017 09:27

İslamiada zamanı təxribata cəhdlər olub? - DTX rəisindən AÇIQLAMA

27 May 2017 09:27

DTX rəisi: IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd edilməyib

27 May 2017 09:22

DTX rəisi təcridxanalarda ölüm hallarının artmasına münasibət bildirib

27 May 2017 09:22

"Arsenal"da ciddi itki

27 May 2017 09:22

Qızılın qiyməti qalxdı

27 May 2017 09:18

Mədət Quliyev: "Azərbaycandakı casusları zərərsizləşdiririk"

27 May 2017 09:17

Qızıl 12 dollaradək bahalaşdı

27 May 2017 09:17

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (27.05.2017)

27 May 2017 09:17

Tibb bacısı 60 uşağın qətlində şübhəli bilinir

27 May 2017 09:17

Mədət Quliyev: Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və təbii ki, burada casuslar da var

27 May 2017 09:15

Neft bahalaşır

27 May 2017 09:13

Neft bahalaşır

27 May 2017 09:12

Çempionlar Liqasının finalında bir ilk

27 May 2017 09:12

Paytaxt sakini laqonda ilə qolunu kəsib

27 May 2017 09:12

“Azərbaycan və Rusiya prezidentləri iyunun 8-9-da Astanada görüşəcəklər" - Qriqori Karasin - FOTO

27 May 2017 09:05

Micro-LED displeyləri buraxılacaq

27 May 2017 09:05

Qaradağlıda mina tapıldı - FOTO

27 May 2017 08:57

Abşeronda İran vətəndaşı öz qardaşını döyüb

27 May 2017 08:57

Yeni messencer yaradıldı - "TamTam"

27 May 2017 08:57

Yanacaqdoldurma məntəqəsində motosikletini yandırdı - VİDEO

27 May 2017 08:52

Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib

27 May 2017 08:52

Hakerlər subtitrlərdən istifadə edirlər

27 May 2017 08:52

Ən çox qazanan futbolçular - REYTİNQ

27 May 2017 08:47

Rusiyada ən populyar messencerlər - REYTİNG

27 May 2017 08:47

Bzejinski vəfat etdi

27 May 2017 08:43