Belə ki, "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsində Prezident iqamətgahının qarşısına kimi yollarda hərəkət sürəti aşağı salınıb.
“Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb meteoroloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”, - deyə NİİM-dən bildirilib.
Əlavə edilib ki, hava şəraiti normallaşacağı təqdirdə yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.
Qeyd edək ki, aşağı hərəkət sürəti olan yerlərdə dəyişiklik edilməyib.