“Azərişıq”: Bakı və ətraf qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə külək səbəb olub

“Azərişıq”: Bakı və ətraf qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə külək səbəb olub
10:18 4 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Dünən gecə Bakı və ətraf qəsəbələrdə elektrik enerjisinin verilişində yaranan problem tam aradan qaldırılıb.

Bunu Trend-ə açıqlamasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, elektrik enerjisinin verilməsində yaranan problemin səbəbi güclü külək və yağış olub.

T.Mustafayev qeyd edib ki, təmsil etdiyi qurum hava şəraiti ilə əlaqədar hazırda gücləndirilmiş iş rejimində çalışır və yarana biləcək problemləri dərhal aradan qaldırmaq üçün “Azərişıq” ASC)-də operativ qrup yaradılıb: “Güclü külək elektrik xətlərinə ziyan vurmuşdu. Ağaclar xətlərin üzərinə aşıb və elektrik enerjisinin verilişi dayanmışdı. Operativ qrup tərəfindən xətlər dərhal bərpa edilib. Hazırda elektrik enerjisinin verilişində hər hansı problem yoxdur”.

O qeyd edib ki, “Azərişıq” ASC hətta Azərbaycanın dağlıq rayonlarında belə elektrik enerjisinin verilişində yarana biləcək problemlərin qarşısını almağa qadirdir: “Bunun üçün “Azərişıq” ASC dağlıq ərazilərə getmək üçün avtomobil mexanizmlər alıb. Dağlıq ərazilərdə hava şəraiti kəskin pis olanda belə bizim bu avtomobillərlə əraziyə tez çatıb problemi aradan qaldıracağıq”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR