Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Taliban” liderinin öldürüldüyü xəbəri yayıldı

“Taliban” liderinin öldürüldüyü xəbəri yayıldı

"Taliban" hücum etdi: 11 polis öldürüldü (28 Fevral 2017 10:47)
Dəfələrlə "dirilən" "Taliban" lideri ÖLDÜRÜLDÜ (27 Fevral 2017 16:57)
Pilotsuz aparat “Taliban” liderlərindən birini məhv etdi (26 Fevral 2017 21:13)

Tarix: 4 Dekabr 2015 10:19

“Əfqanıstanın “Taliban” hərəkatının lideri Molla Əhtar Mansur əks mövqedə olan səhra komandirləri tərəfindən öldürülüb”.

 

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi Əfqanıstan hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb. Molla Mansurun ağır yaralandığı və keçindiyi bildirilir.

 

“The Australian” qəzeti isə hadisənin səhra komandirlərinin Pakistanın Kvetta şəhərində keçirilən yığıncağında baş verdiyini yazıb. Toplantıda mübahisə yaranıb və söyüş-təhqirlərlə müşayiət olunub. Bəzi şəxslər silaha əl atıblar. Mansurdan başqa, daha 5 səhra komandirinin öldüyü, onlarla şəxsin yaralandığı xəbər verilir.   

 

Lakin “Taliban” hərəkatının sözçüsü Zabiulla Mücahid xəbəri əsassız adlandırıb. Taliban hökumətinin keçmiş xarici işlər naziri Vahid Mujd da informasiyaya şübhə ilə yanaşıb və bunun Əfqanıstan hakimiyyəti tərəfindən talibləri parçalamaq üçün qəsdən yayıla biləcəyini vurğulayıb. Onun fikrincə, əgər Mansur doğrudan da ölübsə, bu, “Taliban”ın sonu ola bilər, çünki ciddi fikir ayrılıqları səbəbindən yeni lider seçmək mümkün olmayacaq. İstisna edilmir ki, bu halda bəzi komandirlər İŞİD-ə biət edə bilər.   

 

Qeyd edək ki, Molla Mansur bu ilin avqustunda Molla Ömərin ölümündən sonra “Taliban”ın lideri seçilib.

 

Teqlər:  Taliban liderinin öldürüldüyü xəbəri yayıldı



RƏYLƏR


Top xəbərlər