Bakı-Qazax yolunda ağır qəza: yaralılar var

Bakı-Qazax yolunda ağır qəza: yaralılar var
10:24 4 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistralında ağır yol qəzası baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax yolunun 65-ci kilometrliyində "Opel" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxarııb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

Əməliyyat saat 06:18-də başa çatıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR