Güclü külək Bakının mərkəzində fəsadlar törətdi

Güclü  külək Bakının mərkəzində fəsadlar törətdi
10:24 4 Dekabr 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

2 avtomobilə ciddi ziyan dəyib

Bu gecə Bakıda əsən güclü külək xeyli fəsadlar törədib. Lent.az-ın məlumatına görə, şəhərin mərkəzində bəzi yerlərdə ağac və reklam dirəkləri aşıb. Belə ki, gecə saatlarında əsən güclü külək nəticəsində Üzeyir Hacıbəyov küçəsi ilə Puşkin küçəsinin kəsişməsində ağac sınıb. Yola aşan axac xoşbəxtlikdən insanların üstünə düşməyib.

 

Bundan başqa dəniz vağzalının yaxınlığında yol kənarındakı reklam şitinin 2 ramkası sınıb. Nəticədə 2 avtomobilə ciddi ziyan dəyib.

 

Güclü külək «Şəhidlər Xiyabanı» Kompleksində də fəsadlar törədib. Kompleksdəki Türk əsgərlərinin abidəsinin yanındakı 10 bayraqdan ibarət postament külək nəticəsində əyilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR