Gəncə Radio Televiziya Yayım Filialının rəisi vəfat etdi

Gəncə Radio Televiziya Yayım Filialının rəisi vəfat etdi
10:27 4 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə Radio Televiziya Yayım Filialının rəisi vəfat edib.

"Report"un xəbərinə görə, filialını rəisi 67 yaşlı Arzuman Ağayev dünyasını dəyişib.

Mərhum ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş. O, 3 dəfə ürək əməliyyatı keçiribmiş. Sonuncu əməliyyat 2 ay əvvəl olubmuş.

A.Ağayev doğulduğu İsmayıllı rayonunda dəfn olunub.

Qeyd edək ki, Ağayev Arzuman Əlövsət oğlu 1949-cu il oktyabr ayının 6-da İsmayıllı rayonunda anadan olub.

1966-1969-cu illərdə Bakı Rabitə Texnikumunun Radio Rabitə və TV Texnikası fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə Azərbaycan Televiziya Mərkəzində elektromexanik vəzifəsində işləyib. 1972-1974-cü illərdə Sovet Ordusunda Hərbi xidmətdə olub. 1974-1977-ci illərdə Azərbaycan Politexnik İnistitunun Radiotexnika fakültəsində təhsil alıb.

1974-1989-cu illərdə Respublika Radio Televiziya Mərkəzində elektromexanik, baş elektromexanik və mühəndis vəzifələrində işləyib.

1989-2005-ci illərdə Rabitə Nazirliyinin Radio Elektron Vasitələrinin Elektromaqnit Uzlaşması Mərkəzində mühəndis, şöbə rəisi, mərkəzin rəisi vəzifəsində işləyib.

2005-2006-cı illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində şöbə rəisi vəzifəsində işləyib. 2006-cı ilin yanvar ayından Teleradio İB-də işləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR