Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlhamə Quliyeva ilə xəstəxanada barışdı

İlhamə Quliyeva ilə xəstəxanada barışdı

Date: 4 December 2015 10:29

Müğənni Natavan Həbibi xalq artisti İlhamə Quliyeva və müğənni Sevda Yahyayeva ilə barışıb. Lent.az-ın məlumatına görə, bu barədə prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkədə yazıb. O bildirib ki, N.Həbibi həmkarı Sevda Yahyayeva ilə barışaraq xəstəxanada müalicə alan xalq artisti İlhamə Quliyevanın ziyarətinə yollanıb: “Natavan Həbibi Sevda Yahyayeva ilə, İlhamə xanım da Natavanla barışdı. Çalışacağam hamı barışsın. Bu da Allahın köməyi ilə olacaq”. 


Barışıqdan sonra N.Həbibi də öz təəssüratlarını bölüşüb: “Yaşadığımız hər gün ömürdən gedir. Hər an dünyadan uzaqlaşmadayıq. Vaxtımızı boşa, dava-dalaşa, mübahisələrə sərf etmədən sevdiklərimizin əhatəsində sakit yaşamaq hər birimizin istəyidir. Hər birimizə layiq olduğumuz həyatı yaşamağı arzu edirəm”.

 

Qeyd edək ki, hər üç müğənni bir neçə il idi ki, küsülü idi.

 



Tags:  İlhamə Quliyeva xəstəxanada barışdı

RƏYLƏR


Top news