36 yaşlı kişi qəzaya düşdü

36 yaşlı kişi qəzaya düşdü
10:31 4 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə yolu keçən piyadanı maşın vurub. Hadisə şəhərin F. Əliyev küçəsində qeydə alınıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhərin Avtozavod qəsəbə sakini, 1979-cu il təvəllüdlü Hikmət Vidadi oğlu Əliyev yolu keçmək istəyərkən onu avtomobil vurub. Sürücü dərhal 36 yaşlı kişini maşına qoyaraq xəstəxanaya çatdırıb.

Xəstəxanadan yaralının döş və bel qəfəsinin əzildiyini və hazırda vəziyyətinin orta ağır olduğunu bildirdilər. Hikmət Əliyev hazırda travmatologiya şöbəsində müayinə edilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara aparılır.

Bir neçə gün əvvəl də Gəncədə yolu keçmək istəyən məktəblini avtomobil vurub. Şəhərin Şeyxzamanov küçəsi, ev 18 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Rəsul Vahid oğlu Əsgərzadə yolu keçmək istəyərkən naməlum sürücünün idarə etdiyi avtomobil tərəfindən vurulub. Sürücü 14 yaşlı Rəsul Əsgərzadəni avtomobilinə qoyaraq dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb.

Rəsul Əsgərzadə orta məktəbin 8-ci sinif şagirdidir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR