"3 klubun bizə 300 milyon borcu var" - Hafiz Məmmədov

"3 klubun bizə 300 milyon borcu var" -   Hafiz Məmmədov
10:32 4 Dekabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

Ermənistanın dövlət borcu rekord həddə çatdı (11 Aprel 2017 12:32)
Nazir oğlunun borclu qaldığı əcnəbi qadınlar - 3 milyon dollar nə vaxt ödəniləcək? (04 Aprel 2017 16:57)
Azərbaycanın xarici dövlət borcu 7 mlrd. dollara çatıb (10 Mart 2017 18:57)

51 yaşını qeyd edən “Bakı”nın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, “Lans”ın sahibi Hafiz Məmmədov futbolxeber.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

“BAKI” I DİVİZİONLUQ DEYİL”

- “Bakı” klubu 2 dəfə ölkə çempionu oldu, 3 dəfə kuboka sahib çıxdı, Avroliqada pley-off mərhələsinə yüksələn ilk Azərbaycan təmsilçisi oldu, futbolumuza onlarla gənc istedad bəxş etdi. Bu gün isə bütün bunları həyata keçirən komanda I divizionda mübarizə aparır. Hafiz Məmmədov I divizionda yarışan komandasının oyunlarını izləyirmi?
- I divizionun yox, uşaqların oyunlarına baxıram. Düzdür, qarşılaşmalara canlı olaraq tamaşa etmək imkanım çox vaxt olmur. Amma internet vasitəsi ilə komandanın matçlarını izləyirəm. “Bakı” I divizionluq deyil. Təbii ki, I divizonda oynamaq ayıb sayılmır. Uşaqlara da deyirəm ki, ürəyinizi sıxmayın.  Əvvəl utanırdım. Dünya futbolunda bir çox aparıcı klublar da vaxtı ilə aşağı liqada yarışıblar. I divizionda yarışmaqda utanmalı bir şey yoxdu.

- Son 2 il ərzində həm “Bakı”, həm də Hafiz Məmmədovla bağlı çox yazıldı. Baş verənlərə özünüz necə aydınlıq gətirərdiniz?
- Müəyyən problemlər oldu. Bunu danmaq olmaz. Amma biz 20 ay dözdük. Zaman göstərdi ki, baş verən problemlər bizlik deyil. Camaatın duası bizə çox kömək oldu. Bəziləri bizim haqqımızda “yaxşı adamdılar, amma həyatdı da, biznesdə səhv ediblər” deyirdilər. Halbuki biz biznesdə heç bir səhvə yol verməmişdik. Burada söhbət məndən getmir. Olmasın Hafiz Məmmədov, olsun bir başqası. Əgər hansısa azərbaycanlı xarici layihə həyata keçirirsə, ona dəstək olmaq lazımdı. Amma bəzi insanlar mənə problem yaratdı.

- Bütün çətinliklər nədən irəli gəlirdi?
- Azərbaycanda Premyer Liqada yarışan 3 klubun bizə 300 milyona yaxın borcu var. Onların adlarını çəkmirəm. Onsuz da çoxları söhbətin kimlərdən getdiyini bilir. Bu borc futbola görə yox, biznesə görədi. Əvvəl bu haqda danışmaq istəmirdim, susurdum. Sonra dedim qoy, bu haqsızlıqları insanlar görsünlər.

- Bu 2 il ərzində “Bakı”dan əl çəkmək fikrinə düşmüsüz?
- Hafiz Məmmədov heç bir işdən əlini çəkməyib. Belə klubdan əl çəkmək olar? Futbolu inkişaf etdirmək lazımdır. Axıra qədər nə lazımdırsa, edəcəyik. Sadəcə, son 20 ay ərzində mənə çox pis təsir edən müəyyən hadisələr baş verdi.

“BAKI”DAN GEDƏNLƏRİN HAMISI GERİ QAYIDACAQ”

- Nəyi nəzərdə tutursuz?
- Namiq Ələsgərovun getməsi mənə çox pis təsir etdi. O klubun öz yetirməsi, çox bacarıqlı futbolçu idi. 5 minə görə komandadan oyunçu gedər? Defolt ola-ola, 12 biznesim fəaliyyətini davam etdirirdi. Ordan gələn gündəlik pulla Namiqin problemini həll etmək olardı. Bir nəfər qayıtdı ki, “Bakı” heç su pulunu ödəyə bilmir. Bu, artıq təxribat idi. Yaxın adamlarımdan bəziləri belə düşünürdü ki, Hafiz Məmmədovun nəsə problemi var. Ürəyim partlayırdı. Ancaq baş verənlər bizim üçün məktəb idi. Yaşananlar insanı dəyişir. 20 ay pulsuz oturduq. Bu müddətdə nə xaricilər bizdən üz döndərdi, nə də yaxın dostlarımız. Biznes strukturlarında da dəstəkləyənlər oldu. Biz sadəcə alacaqlarımızın arxasınca düşmüşdük. Heç kimdən borc almadıq. Bu mənim xarakterimdə yoxdu. Söhbət tək klubda deyil. Ətrafımızda 4 mindən artıq adam işləyir.

- Tək Namiq yox, 10-dan çox futbolçu “Bakı”dan getdi...
- Klubdan bir adam gəlib mənə desəydi ki, Namiq Ələsgərov gedir, 5 min ver. Verməyəcəkdim? Digər klublardan da oyunçularımıza qarmaq atırdılar. Ayıbdı. Hamısını geri qaytaracağam. Kim halallıqla gedibsə, mütləq “Bakı”ya qayıdacaq. Özü də elə-belə yox. Ən yaxşı şəraiti yaradacağıq və özləri də geri dönməkdə maraqlı olacaqlar.

- Futboldan bezməmisiz?
- Qətiyyən. Mən qeyri-ciddi iş necə olur, bilmirəm. Hansısa işə qol qoyuramsa, deməli bu, ciddidi. Mənim işlərimdə problem varsa, burada futbolun günahı yoxdu.

- Eşitdiyimizə görə “Bakı”nın bazasında da müəyyən işlər aparılacaq. Konkret hansı planlarınız var?
- Bazanı tikəndə planlarımız iki mərhələdən ibarət idi. Birinci mərhələni həyata keçirdik. Sonradan ikinci mərhələyə başlayacağdıq ki, problemlər çıxdı ortaya. Amma işlərimiz qaydasına düşür və baza ilə də bağlı planlarımızı həyata keçirəcəyik. Hazırda iki ehtimal var. Mümkündür ki, bazanın ərazisi genişlənsin. Bu halda, bazada daha çox iş aparılacaq. Yox, ərazi genişlənməsə, 4 ulduzlu otel, hovuz və daha bir meydança tikəcəyik.

“2 KLUBUMUZ QRUP MƏRHƏLƏSİNDƏ OYNAYIRSA FUTBOLUMUZUN SƏVİYYƏSİ NECƏ DÜŞƏ BILƏR?”

- “Bakı”sız Premyer Liqanın səviyyəsi düşüb?
- Çempionatın səviyyəsinin aşağı düşməsi ilə razılaşmıram. Axı, 2 klubumuz Avroliqanın qrupunda oynayır. 2 klubumuz qrup mərhələsində oynayırsa, çempionatın, futbolumuzun səviyyəsi necə düşə bilər? “Qarabağ” və “Qəbələ” fəxrimizdi. “Qəbələ” rəhbərliyi hansı işə girişirsə, bu sahədə 1 nömrə olur. Bölgədə futbolun inkişafı göz önündədir.

- “Neftçi”də yaradılan Müşahidə Şurası ilə bağlı fikirləriniz necədir?
- Ağıllı fikirdi. Klubun başında futbol adamının olması vacib deyil. “Neftçi”yə son zamanlar tanınmış insanlar cəlb olunub. Çingiz Abdullayev zəka sahibidi, addı, brenddi. Klub rəhbərliyində təmsil olunanlar sağlam fikirləşə bilən insanlardı.

- “Bakı”da da Müşahidə Şurası yaradılacaqmı?
- “Bakı”da da belə bir fikrimiz var idi. Hətta həyata keçirməyə yaxın idik. Klubun idarə heyəti əcnəbilərə tapşırılacaqdı. Burada 2 ispan, 2 fransız və 2 azərbaycanlının təmsil olunması nəzərdə tutulmuşdu.

- “Atletiko” ilə əməkdaşlığınız başa çatıb. Lakin Madrid klubunun formasında “Land of fire Azerbaijan” brendi fərqli şəkildə olsa belə, yenə də qalır. Bununla bağlı qarşı tərəfə hər hansı bir ödəniş olubmu?
- Yox, hər hansı bir ödəniş olmayıb. Düzdür, müqavilə bitib. Amma əməkdaşlığımız, dostluğumuz davam edir. Onlar da Azərbaycana hörmətlə yanaşırlar. “Land of fire Azerbaijan” brendinin formasında üzərində qalması onların qərarı oldu, bizə dəstək olaraq bu addımı atdılar.

- Arda Turanın “Atletiko”dan gedişinə çox təəssüfləndiniz?
- Təbii ki. Çünki Arda hər kəs üçün özəl biridi. O hamı ilə mehriban dil tapır. Getməyinə səbəb var. Ardanın klubdan getməyində pulun heç bir rolu yoxdu. Mən istəməzdim ki, getsin. Arda Turan “Atletiko”, Türkiyə, “Qalatasaray” deməkdi.

“ÇOX BÖYÜK, AZƏRBAYCAN FUTBOLUNUN İNKİŞAFINA TÖHFƏ VERƏCƏK LAYİHƏMİZ VAR”

- Yaxın keçmişdə “Bakı” gənclərin İspaniya və Fransada təcrübəsi toplanmasına kömək edəcəyini bildirmişdi. Bu layihə nə vaxt reallaşacaq?
- Çox böyük, Azərbaycan futbolunun gələcək inkişafına töhfə verəcək bir layihəmiz var. Plan belədir ki, 14-15 yaşlı futbolçular arasında seçim aparılacaq. 40 futbolçu seçiləcək. Sonradan seçilənlər arasında da ən yaxşı 20 nəfəri müəyyənləşdirəcəyik. Həmin 20 futbolçu yollanacaq Madridə. 2020-ci ilə qədər Madriddə hazırlıq keçəcəklər, eyni zamanda məşhur universitetlərdə ali təhsil alacaqlar. 2020-ci ildə isə həmin futbolçular ispanlarla eyni səviyyədə olacaqlar. Belə bir layihənin reallaşmasını kim istəməz? Bu layihə Gənclər və İdman Nazirliyi və AFFA ilə birgə həyata keçiriləcək. Layihədə birbaşa iştirak edəcəklər. Planın maddi tərəfini biz ödəyəcəyik. Təxminən 2 ay sonra seçimlər başlanacaq.

- “Bakı” azarkeşlərinin bu gün ən çox maraqlandıran sual budur: komandanı gələn il Premyer Liqada görə biləcəyik?
- Əlbəttə. Amma bu dəfə ayrı “Bakı” görəcəklər. Avropamodelli “Bakı”. Komandada çalışanların böyük əksəriyyəti ispanlar olacaq. Maliyyəni biz verəcəyik, amma klubu onlar idarə edəcək.

- “Lans”a olan borc tam ödənilibmi və siz bu gün də klubun rəhbəri olaraq qalırsız?
- “Lans”ın rəhbəri bizik. Keçən dəfə fransızlar mənə deyir ki, danışmalısan, çünki burada insanlar narahatdı. Məsələ belə idi ki, 3 dəfə “Lans”a pul verilməliydi. 2 ödəniş oldu. Lakin sonuncu ödəmə gecikdi. “Lans”la bağlı da planlarımız çoxdu. Bu klub gələcəkdə maddi baxımdan heç bir sıxıntı yaşamayacaq. Belə bir planım da var ki, klub səhmlərinin 1-2 faizini havayı olaraq azarkeşlərə verək. Bunu qubernator da mənə məsələhət görüb. “Lans”dakılar Azərbaycana hörmətlə yanaşırlar. Çünki biz gələnə kimi heç kim kluba yaxın durmurdu. Hazırda “Lans”ın büdcəsində 5 milyon çatışmır. Həmin məbləğin yarısını yanvarın sonuna qədər ödəməliyik. "Lans"ın stadionunda yenidənqurma işləri artıq başa çatıb. Qubertanor kluba 72 milyon avro vəsait xərclədi. "Lans" tarixi olan, azarkeşlərin nəfəs aldığı klubdur. Bu klubla bağlı layihələrimiz Azərbaycan futbolunun inkişafına xidmət edəcək.

- Çətin gündə “Bakı”nı atıb gedənlər də oldu, komandaya sadiqlik nümayiş etdirənlər də. Klubun icraçı direktoru Yaşar Seyidov da klubdadır. Halbuki bir ara Seyidovun da istefası ilə bağlı xəbərlər çıxmışdı. Həqiqətənmi Yaşar bəy komandadan gedə bilərdi?
- “Bakı”nı istəyənlər bu gün də klubdadılar. Yaşar Seyidov həqiqətən də bir ara klubdan getmək istəyirdi. Amma Seyidovu heç yana buraxan deyildim. Sadəcə tapşırmışdım ki, heç kimlə danışmasınlar. Bu 20 ay ərzində çox şey gördük. Futbolçu ilə bağlı bir problem çıxanda Yaşar Seyidov mənə telefonda bir mesaj göstərdi. Adını çəkmək istəmədiyim bir klub rəsmisi yazıb ki, 10 min də sənə verərik. Belə çıxır ki, bu pulu al, sus. Bu təkcə Seyidova yox, birbaşa “Bakı”ya da hörmətsizlikdi. Bizə 10 min verirlər. Halbuki özlərinin borcu 14 milyondu. Belə pulları varsa, 14 milyonumuzu ödəsinlər də. 

“HAFİZ MƏMMƏDOV HEÇ YANA GETMİR, FUTBOLDADI”

- Bir ara mətbuatda İcraiyyə Komitəsindən gedəcəyinizlə də bağlı xəbər çıxmışdı...
- Niyə ki? Kimsə məni komitədən çıxarmaq istəyir? Əmin olun, Hafiz Məmmədov heç yana getmir, futboldadı. Bəli, müəyyən çətinliklər var idi. Amma baş verən siyasi hadisələr də göstərdi ki, əslində biz heç bir sıxıntı yaşamamalıydıq. Nə “Bakı”nın, nə “Baghlan Group”un, nə də Hafiz Məmmədovun heç bir problemi olmayıb, indi də yoxdu. Bu gün “Bakı”nın vəziyyəti Premyer Liqada yarışan klubların əksərindən yaxşıdı. “Bakı” elə-belə qala bilməz. Komanda sadəcə tətilə çıxmışdı.

- Sonuncu dəfə mətbuata martda, 9 ay əvvəl müsahibə vermişdiniz. Həmin vaxt “Palmali” şirkəti ilə aranızdakı pul məsələsini qeyd etmişdiz. Geridə qalan müddətdə həmin məsələ həll olunub?
- Mətbuatda yazılır ki, Mübariz Mənsimovun problemi var. Mən bu xəbərə çox pis oluram. Mübariz kimi oğullar ölkəmizə lazımdır. Onun şirkətində çoxlu sayda azərbaycanlı çalışır. Nə qədər adam ailəsini bu şirkətdən qazandığı pulla saxlayır. Heç vaxt istəmərəm ki, bu insanın problemi olsun. Təəssüf ki, “Xəzər Lənkəran”a sponsorluq edən “Palmali” şirkəti ilə məsələmiz açıq qalıb. Əlimizlə pul vermişik. Amma 9 ayda bir dəfə də zəng vurmadılar. Otellərinə qədər gedib çıxdıq. Lakin yenə də reaksiya verilməlidi. Siz yol göstərin, mən nə edim? Konkret olaraq, öhdəliklərini yerinə yetirmək istəmirlər. Axırda məcbur olub, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Bu gün Premyer Liqada yarışan 3 klubun sponsorlarının “Bakı”ya ümumilikdə 300 milyon borcu var. “Xəzər Lənkəran”ı dedik. Digər bizə borclu olan klub “Inter”di. Üçüncü klubun adını isə hələlik açıqlamaq istəmirəm.

- 51 yaşınız tamam oldu. Hafiz Məmmədov ad günündə kimlərdən təbrik adlı?
- Saymaqla qurtarmaz (gülür). Əlaqələrimiz olan, tanıdığımız çox adamdan mesaj aldım. Onlar arasında futbol adamları da var. Xeyli xarici klub funksionerindən də sms almışam. Diqqətlərinə görə hər kəsə minnətdaram.

- Bir daha sizi ad gününüz münasibəti ilə təbrik edirik.
- Çox sağ olun, minnətdaram.

Fanat.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Şeytan ittifaqı”nın hədəfi və Qarabağda BÖYÜK MÜHARİBƏ: 10 dəqiqə içində... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

29 Aprel 2017 20:03

Cocuq Mərcanlıda gün ərzində 1291 qəlpə, 3 partlamamış hərbi sursat tapılıb (FOTO)

29 Aprel 2017 20:01

Cocuq Mərcanlıda iki mərmi və raket tapıldı

29 Aprel 2017 19:59

İmişlidə qəza: avtomobil aşdı, ər və arvad...

29 Aprel 2017 19:58

Boynumuz niyə xırçıldayır və ağrıyır?

29 Aprel 2017 19:58

İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL

29 Aprel 2017 19:58

Fəhləlikdən neft milyonçuluğuna gedən yol – Murtuza Muxtarovun həyatı

29 Aprel 2017 19:57

Qurban Qurbanov: "Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm"

29 Aprel 2017 19:57

İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri

29 Aprel 2017 19:57

Finlandiyalı gimnast: Bakıdakı tamaşaçılar enerji verirlər

29 Aprel 2017 19:55

Portuqaliyalı gimnast: Bakıdakı gimnastika arenası möhtəşəmdir

29 Aprel 2017 19:55

Açılmayan Marian çökəkliyi sirləri

29 Aprel 2017 19:50

Günəbaxan tumu alarkən nələrə diqqət edilməlidir?

29 Aprel 2017 19:50

Telegram-da məhsul sifariş etmək mümkün olacaq

29 Aprel 2017 19:50

Ayaqları ilə rəsm çəkən Samirənin arzuları - FOTO

29 Aprel 2017 19:49

Artıq tamah baş yarar – HEKAYƏ

29 Aprel 2017 19:49

"Ermənilər köhnəlmiş raketlərlə özlərinin aparatlarını vurublar" - Ehtiyatda olan polkovnik

29 Aprel 2017 19:49

Türkmənistan prezidenti cıdır yarışında qalib gəlib

29 Aprel 2017 19:48

Lissabonda “World Press Photo” sərgisi açılıb

29 Aprel 2017 19:48

Uşağı namaza həvəsləndirmək məqsədilə...

29 Aprel 2017 19:48

İmişlidə yol qəzası baş verib, ər və arvad xəsarət alıb

29 Aprel 2017 19:44

"Sumqayıt"ın baş məşqçisi: "Udsaq da, üzüntülüyük"

29 Aprel 2017 19:44

Adınınz "A", yaxud "B" hərfi ilə başlayırsa

29 Aprel 2017 19:36

Hamiləlikdən sonra arıqladı - FOTO

29 Aprel 2017 19:32

Volvo yeni XC60 təqdim etdi - FOTO

29 Aprel 2017 19:27

Tikintidə işləyən fəhlələrə ŞAD XƏBƏR - Pensiya və əlillik dərəcəsi almaq...

29 Aprel 2017 19:23

İkiqat çempionluq: Tarixdə 2-ci dəfə

29 Aprel 2017 19:22

Həzrət Davudun çıxartdığı qeyri-adi hökm

29 Aprel 2017 19:22

Azərbaycan yığması Dünya Kubokunun finalına vəsiqə qazanıb

29 Aprel 2017 19:21

“11 qol hücumçu üçün gülməli rəqəmdi” – Roman Qriqorçuk

29 Aprel 2017 19:17

Fransız qadınlarının sirri - niyə onlar daha cazibədardırlar?

29 Aprel 2017 19:13

Hamilə aktrisa əri və qızı ilə - FOTO

29 Aprel 2017 19:13

Azərbaycanlı oliqarx övladlarının dəbdəbəli həyatı FOTOLARDA

29 Aprel 2017 19:13

Rusiya haqda inanılmaz faktlar

29 Aprel 2017 19:13

Məşhurların uşağlıq FOTOLARI

29 Aprel 2017 19:12

Premyer Liqa başa çatdı, sonuncu avrokubok yolçusu “Zirə” oldu - YENİLƏNİB

29 Aprel 2017 19:12

Görmə qüsuru olanlar üçün xüsusi eynək

29 Aprel 2017 19:12

“Neftçi” rekordçudu: Qapıları səhv salmaqda

29 Aprel 2017 19:12

“Siz də yorulmusunuz bu barədə eşitməkdən” – Samir Abasov

29 Aprel 2017 19:12

Azərbaycanda qadın müəllim zorla qaçırıldı

29 Aprel 2017 19:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub

29 Aprel 2017 19:07

Albanın yeni klubu müəyyənləşdi

29 Aprel 2017 19:05

Əməkdar artist xanımı ilə Kanadada - FOTO

29 Aprel 2017 19:05

"İstanbullu gəlin", "Arka sokaklar", yoxsa "Aşk ve Mavi"? - dünənin reytinqi

29 Aprel 2017 19:05

Əsl boşanma səbəbi məlum oldu - əri hər gün içirmiş

29 Aprel 2017 19:05

Yeni doğulan qızını göstərdi - FOTO

29 Aprel 2017 19:05

"Zirə" Avroliqada!

29 Aprel 2017 18:53

Veriliş zamanı erməni hərbçi ordumuzun snayperi tərəfindən belə vuruldu

29 Aprel 2017 18:53

EducationUSA-in “Alumni Fair” adlı ABŞ –da təhsil sərgisi keçirilib (FOTO)

29 Aprel 2017 18:50

Yekəqarın meymun görənləri təəccübləndirir - VİDEO - FOTO

29 Aprel 2017 18:47