KİV: Xüsusi xidmət orqanları Parisdəki terror aktlarının əsas şübhəlisinin izini itirib

KİV: Xüsusi xidmət orqanları Parisdəki terror aktlarının əsas şübhəlisinin izini itirib
10:37 4 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Avropa xüsusi xidmət orqanları Parisdəki terror aktlarının əsas şübhəlisi olan, beynəlxalq axtarışa verilən Salah Abdeslamın izini itirib. "Report" xəbər verir ki, bu barədə məlumatı güc strukturlarındakı yüksək vəzifəli mənbəyə istinadən CNN telekanalı yayıb.
Mənbənin sözlərinə görə, Avropa xüsusi xidmət və kəşfiyyat orqanları Abdeslamın harada ola biləcəyi ilə bağlı heç bir təsəvvürə malik deyil. O bildirib ki, Parisdəki terror aktları zamanı Salah qorxaqlıq nümayiş etdirib və özünü partlada bilməyib. "O, çox qorxmuşdu. Buna görə də Brüsseldəki dostlarına zənd edib çağırıb. O, həmin gecə Parisdən qaçıb", - telekanala açıqlama verən mənbə deyib.
Mənbənin fikrincə, bu olanlardan sonra Abdeslam, hətta Suriyaya qədər gedib çıxmış olsa belə, İŞİD onu sıralarına qəbul etməyə bilər.
Bundan əlavə, CNN-ə danışan məmur kəşfiyyat məlumatlarına əsasən terrorçuların növbəti hədəfinin Suriyada İŞİD mövqelərinə hava zərbələri endirməyə başlayan Böyük Britaniya ola biləcəyini bildirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ki-v-xususi-xidmet-orqanlari-parisdeki-terror-aktlarinin-esas-subhelisinin-izini-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR