Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səhnəmizin Leylisi bu dəfə Güllü Muradova olub

Səhnəmizin Leylisi bu dəfə Güllü Muradova olub

Date: 4 December 2015 10:38


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunub. Bu dəfə Leyli obrazı gənc xanəndə, ikinci Respublika Muğam Müsabiqəsinin qalibi Güllü Muradovanın ifasında təqdim edilib. Bunula da səhnəmiz daha bir Leylisini tamaşaçıya təqdim edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Leyli və Məcnun” operasında Məcnun rolunda Əməkdar Artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayev çıxış edib.
Qeyd edək ki, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda təqdim olunan səhnə əsəri, Opera və Balet Teatrının solisti olmuş, Xalq Artisti Baba Mahmudoğlunun 75 illik yubileyi çərçivəsində baş tutub.
 

Tags:  Səhnəmizin Leylisi bu dəfə Güllü Muradova olub



RƏYLƏR


Top news