Prezidenti İlham Əliyev: TANAP beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir

10:58 4 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Biz bu layihəni birgə icra etməyə başladıq. Bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. TANAP layihəsinin icrasında heç bir problem yoxdur və bu gün biz bir daha bu məsələni müzakirə etdik. Əminəm ki, bu layihə vaxtında – 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcəkdir. Beləliklə, Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Bakıda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.
Prezidenti İlham Əliyev qeyd edib: “Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, bizim əsas resurs bazamız “Şahdəniz” layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var və bizim əsas ixrac yolumuz da artıq bəllidir. Bu, Türkiyədir və Türkiyə üzərindən digər Avropa ölkələridir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezidenti_Ilham_Aliyev_TANAP_beynelxalq_layihe_kimi_dunya_miqyasinda_diqqet_merkezindedir-908143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR