Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan-Malta münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb

Date: 4 December 2015 10:58


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Belqradda maltalı həmkarı Corc Vella ilə görüşündə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib. İkitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Həmçinin ADA Universiteti ilə Maltanın Diplomatik Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Tags:  Azərbaycan-Malta münasibətlərinin inkişafına fikir mübadiləsi aparılıb



RƏYLƏR


Top news