Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​İraqdakı muxtariyyətin deputatı: "Gündə Türkiyəyə yüzlərlə tanker yola salırıq"

​İraqdakı muxtariyyətin deputatı: "Gündə Türkiyəyə yüzlərlə tanker yola salırıq"

Date: 4 December 2015 11:02

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın kosmosdan çəkdiyi fotolar İraqın şimalındakı muxtar bölgəyə aid neft daşıyan avtomobillər olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu muxtar bölgənin parlamentinin neft-qaz komissiyasının sədri Şerko Cövdət bildirib.
Onun sözlərinə görə, bu bölgədən boru və tankerlərlə nəql edilən neft Türkiyənin Ceyhan limanına, oradan isə dünya bazarına çıxarılır. Komissiya sədri bunu dəfələrlə bəyan etdiklərini söyləyib: "Gündə Türkiyəyə yüzlərlə taneker yola salırıq. Bu gizli bir iş deyil".
Qeyd edək ki, Rusiya Türkiyənin İŞİD-lə neft alveri etdiyini, bu yanacağı daşıyan tankerlərin kosmosdan fotosunu çəkdiyinin iddia edir. 

Tags:  İraqdakı muxtariyyətin deputatı Gündə Türkiyəyə yüzlərlə tanker yola salırıq


RƏYLƏR


Top news